Nəşriyyatın qarşısında “su fontanı” peyda oldu - VİDEO

00:45 12-06-2021 333

Bakıda “Qanun” nəşriyyatın qarşısında su borusu partlayıb. Bu barədə sosial şəbəkədə nəşriyyatın direktoru Şahbaz Xuduoğlu paylaşım edib.

O bildirib ki, artıq iki gündür nəşriyyatın qarşısını su yuyub aparır: “İki gündür nəşriyyatın ofisinin həyətində su fontan vurur. “Azərsu” ASC-yə müraciət etmişik, lakin dünəndən bura əməkdaşlarını yönləndirmirlər. Bununla bağlı daha əvvəl, keçən il də müraciət etmişdik. Ötən il oranı “təmir” etdirdilər, lakin o təmirin ömrü uzun olmadı. Hazırda isə “fontanın” qarşısının alınması üçün heç bir tədbir görülmür”.

Məsələ ilə bağlı milletinsesi.info-a açıqlama verən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, problem aidiyyəti üzrə ərazi yerli SuKanal İdarəsinə yönləndirilib: “Məsələdən xəbərimiz var. Aidiyyəti üzrə “Azərsu” ASC-nin Nəsimi rayon Su Kanal İdarəsi tərəfindən problemin həlli istiqamətində zəruri tədbirlər görülür”.