Dövlət şirkətlərinin büdcəyə ödədiyi pul xərclədiklərindən dəfələrlə azdır – SİYAHI

00:58 12-06-2021 423

Bir sıra dövlət müəssisələrinin dövlət büdcəsindən istifadə etdiyi vəsaitlər büdcəyə verdikləri töhfədən çox olub.

MillətinSəsi.info xəbər verir ki, bu məlumat Hesablama Palatasının 2020-ci il dövlət büdcəsinin icrasına dair rəyində yer alıb.

Məlumatda bildirilir ki, ötən il dövlət büdcəsinə dövlət mülkiyyətində olan müəssisələr üzrə ümumilikdə 1 milyard 827,4 milyon manat vəsait daxil olub.

Dövlət büdcəsindən dövlət mülkiyyətində olan müəssisələrə isə dövlət əsaslı vəsait qoyuluşu nəzərə alınmadan 3 milyard manatdan çox vəsait yönəldilib.

Hesablama Palatası tərəfindən 6 iri dövlət vergi ödəyicisi üzrə dövlət büdcəsindən icra olunan vəsait ilə onların dövlət büdcəsinə ödənişləri (vergi orqanları tərəfindən daxilolmalar) müqayisə edilib.

Müqayisə göstərir ki,bir 1 iri vergi ödəyicisi (“Xəzər Dəniz Gəmiçiliyi” QSC) istisna olmaqla digərləri üzrə dövlət büdcəsinə ödənilən vergi və digər ödənişlərin məbləği həmin müəssisələr tərəfindən dövlət büdcəsindən icra olunan vəsaitdən az olub:

Dövlət şirkətləri

Büdcədən xərclənən vəsait

Büdcəyə daxil olan vəsait

“Azərsu” ASC

401,7 milyon manat

10,6 milyon manat

“Azərbaycan Hava Yolları” QSC (AZAL)

225,9 milyon manat

23,9 milyon manat

“Xəzər Dəniz Gəmiçiliyi” QSC

10 milyon manat

13,3 milyon manat

“Azərbaycan Dəmir Yolları” QSC

695,3 milyon manat

10,4 milyon manat

“Azərenerji” ASC

147 milyon manat

33,5 milyon manat

“Azəriqaz” İB

51,5 milyon manat

2,1 milyon manat