Sabiq nazir Füzuli Ələkbərovun şirkəti nizamnamə kapitalını azaldır

01:00 12-06-2021 414

BMW, “Rolls Royce” kimi avtomobil markalarının Azərbaycanda rəsmi idxalçısı olan “İmprotex Motors” MMC (VÖEN 1400064731) nizamnamə kapitalının azaldığını elan edib.

MillətinSəsi.info xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin saytında yayımlanıb.

Məlumat üçün bildirək ki, niamnamı kapitalı 6 200 manat olan “İmprotex Motors” MMC 1997-ci ildən fəaliyyət göstərir.

Onu da bildirək ki, bu ilin aprel ayında “İmprotex Motors” MMC  “İmproteks Treydinq” KM-nin (VÖEN 1400091941) ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu və “İmproteks Treydinq” KM-nin qoşulma nəticəsində ləğv olunduğunu da elan edib.

Mətbuatda bir müddət əvvəl yayaılan məlumatlara görə, sabiq nazirə məxsus olan Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsində fəaliyyət göstərən dayanacaq bağlanıb.

Çünki Füzuli Ələkbərova məxsus şirkətlərdə ciddi qanun pozuntularına yol verilir. Mövzuya keçməzdən öncə onu qeyd edək ki, sabiq nazirin varidatının əsasını təşkil edən “Improtex” Şirkətlər Qrupudur.

Qeyd edək ki, Şirkətlər Qrupuna “İmprotex Motors”, “İmproteks Treydinq” KM, “İmprotex Trucks&Buses”, “İmprotex İndustries”, “İmprotex Travel” və Dubayda uzun illər fəaliyyət göstərən “IMEX AZ GENERAL TRADING L.L.C” (keçmiş İMEX Motors) şirkətləri (ünvan - UAE, Dubai,P .O.Box:15092, Al Bakhit Center, Office#403,Abu Baker Al Siddique street.) kimi şirkətlərin sabiq əmək və əhalinin sosial inkişaf naziri Füzuli Ələkbərova məxsus olduğu bildirilir.

Abdulla Əfəndizadə