Allahşükür Paşazadənin şok qiymətinə yeni zirehli maşını —FOTOLAR

21:44 25-06-2021 756

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin özünə dəyəri 600 min manatdan başlayan Mersedes-Maybach 57S zirehli maşın alıb.
Şeyxin yeni avtomobilinin üzərinə "99-AA-003" olan dövlət nömrə nişanı vurulub. 
Xatırladaq ki, A.Paşazadə, bu lüks maşını ilə təqribən iki həftə öncə görüntülənib. Belə ki, o, iyunun 13-də Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinlə vida mərasiminə qatılarkən bu avtomobildən istifadə edib. 

Vaqif Hüseynli (demokrat.az)