Paşinyan Rusiya barədə - GÖZLƏNİLMƏZ QƏRARI İMZALADI

23:40 25-06-2021 459

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ölkədəki Rusiya hərbi bazasının fəaliyyətinin genişlənməsində maraqlıdır.

Ermənistan hökumətinin açıqlamasına görə, Paşinyan hərbi bazanın fəaliyyətinin genişləndirilməsini müzakirə etmək üçün Moskvaya nümayəndə heyətinin göndərilməsinə dair fərman imzalayıb.

 

Nümayəndə heyətinin tərkibində Müdafiə və Xarici İşlər Nazirliklərinin nümayəndələri yer alacaq. Toplantılarda hərbi bazanın fəaliyyətinin genişləndirilməsi üçün Rusiyaya veriləcək ərazilər də müzakirə olunacaq.