Qadının evindəki kondisionerin içindən gizli kamera çıxdı – FOTO/VİDEO

12:15 26-06-2021 522

Xarab olan kondisionerini düzəltdirməyə qərar verən qadın onun içindən gizli kamera aşkarlayıb.

“Komsomolskaya Pravda”nın məlumatına görə, hadisə Rusiyanın Moskva vilayətində qeydə alınıb.

Qadının sözlərinə görə, xarab olan kondisionerini düzəltdirmək üçün atasını çağırıb. Mütəxəssislə evə gələn kişi cihazı yoxlayanda içində bir detalın əvəzinə müşahidə kamerasının quraşdırıldığını öyrənib. Ustanın sözlərinə görə, görüntülər internet vasitəsi ilə hara isə ötürülürmüş.

Qadın bunun kim tərəfindən edilə biləcəyini düşünür və ayrı yaşadığı ərinin IT mütəxəssisi olduğunu xatırlayaraq ona zəng edir.

O, kişiyə kondisionerin xarab olduğunu və usta çağırmaq istədiyini deyir.

“Kondisionerimin xarab olduğunu eşidəndə o, bir elektrikçi ilə gəlməkdə israr etdi, amma mən onu mənzilə buraxmayacağımı dedim. Bundan sonra o, kondisionerə kamera quraşdırdığını etiraf etdi”, - deyə qadın olanları danışır.

Qadın kamera ilə bağlı polisə müraciət edib. Hadisə ilə bağlı yoxlamalara başlanılıb.