Xankəndi və ətraf şəhərləri içməli su ilə təmin edən bütün mənbələr Azərbaycanın nəzarətindədir –Erməni KİV

14:08 28-06-2021 441

Qarabağdakı separatçıların "xarici işlər naziri" David Babayan Azərbaycanın Xankəndi şəhərində yaşayan erməniləri və Ermənistanı içməli su ilə təmin edən əksər anbarların Azərbaycanın nəzarətində olduğunu deyib. 
Bu barədə Ermənistan mətbuatı xəbər verir.
Babayan Xankəndi və ətraf şəhərləri təmin edən bütün içməli su mənbələrinin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə keçdiyini bildirib: "Hazırda Ermənistanın böyük bir hissəsin və Xankəndini içməli su ilə təmin edən anbarlar Azərbaycanın nəzarəti altındadır. Gələcəkdə su ilə bağlı problem yaşamamağımız üçün Arpaçay və Bazarçaydan toplanan su anbarları sülhməramlıların və ya ATƏT-in Minsk qrupunun nəzarətinə verilməlidir".