Beyləqan Xəstəxanasına Xocavənddən direktor gətirilmiş Ruhəngiz Bəşirovadan və Ramin Bayramlıdan iki suala cavab istənilir...

23:17 28-06-2021 702

Suallar belədir:

Beyləqan əhli TƏBİB şefi Ramin Bayramlı həkimə bir sual verirlər ki:

Hörmətli Ramin Bayramlı, Beyləqanda minə yaxın ali təhsilli, idarəçilik təcrübəsinə malik peşəkar həkimlər çox olduğu halda, Xocavənd Xəstəxanasının baş həkimi kimi  törətdiyi cinayət əməlinə görə ( Ruhəngiz Bəşirova doğulmayan uşaqlara saxta sənəd tərtib edib, dövlətdən külli miqdarda pul oğurlayıb) 2016-cı ildə Ağcabədi rayon prokurorluğunda barəsində cinayət işi açılmış, həmin cinayət işinə müəmmalı şəkildə xitam verilmiş və rayon xəstəxanasında çirkin fəaliyyətlə məşğul olduğu üçün Xocavənd əhalisi Ruhəngiz Bəşirova barədə ölkənin yuxarı orqanlarına şikayət etdiyi halda,  xanımı hansı əsasla Beyləqan Xəstəxanasına direktor təyin etmisiniz?! - zəhmət olsa da, suala cavab verin!..

Beyləqanlılar direktor Ruhəngiz Bəşirovaya da sual verirlər ki:

Hörmətli Ruhəngiz Bəşirova, Beyləqan Xəstəxanasına əsassız direktor təyin olunduqdan sonra, rayon ictimaiyyətinə özünüzü "təmiz, qayda-qanun yaradan direktor" kimi təqdim etməyə cəhd edirsiniz. Amma direktor təyin olunandan az sonra vəzifəyə götürdüyünüz yüzdən çox işçi və mühafizəçilərin əksəriyyətindən vasitəçilərin əlilə 2500-3000 manat rüşvət aldığınız barədə rayon ictimaiyyəti niyə çox açıq danışır?!..

Hörmətli xanım direktor, artıq Beyləqan əhalisi onu da bilir ki, siz başınızı götürüb qaçdığınız Xocavənd xəstəxanasında baş həkim işlədiyiniz zaman da 50 nəfərdən çox adamı işə götürmək üçün onların hər birindən 2500-3000 manat rüşvət almısınız, bu faktlar doğrudurmu?!.

Ruhəngiz xanım, daha bir suala cavab vermənizi xahiş edirik:

İşə götürdüyünüz insanlardan aldığınız rüşvətalma prosesinə bəzi Şəhid ailələri, müharibə əlilləri və veteranları təşkilatı ilə də işbirliyində olduğunuz deyilir. Hətta Xocavəndli veteranlarla işbirliyi qurduğunuza görə, onların sizi medalla təltif etməsi barədə Beyləqan rayon əhalisi çox ciddi tənqidi fikirlər söyləyir. Xacavəndlilərin Beyləqan Xəstəxanasının direktoru kimi sizi medalla təltif etməsini nə ilə izah edərdiniz?..

Atalar doğru deyib ki, "ocaq yanmasa, tüstü çıxmaz". Hörmətli direktor, beyləqanlılar media vasitəsilə sizə ünvanladığı bu suallara düz cavab verə bilməyəcəyinizi bilirlər. Çünki rüşvət aldığı hamıya məlum olan vəzifəli şəxslər yalnız DTX və Baş Prokurorluq əməliyyat keçirəndən sonra aldığı rüşvət barədə düppədüz danışır və bülbül kimi ötürlər!..

Beyləqan Rayon Xəstəxanasının direktoru Ruhəngiz Bəşirova və baş həkim Üzeyir həkim əgər telefona cavab versəydilər və yaxud xəstəxananın məsul vəzifə sahiblərindən biri vasitəsilə direktora və baş həkimə onlarla danışmaq istədiyimizi çatdırsaq da, danışmadılar. Danışaydılar, bəlkə də, bu sualları ictimailəşdirməyə ehtiyac qalmazdı, amma istəmədilər...


         (Ardı olacaq)


Mirdaməd ağa

P. S. Adı çəkilən şəxslərin rəyi bizim üçün əhəmiyyətlidir.

 

paralel.az