Vilayət Eyvazov işdən çıxarılan DYP rəisini daha aşağı vəzifəyə -TƏYİN ETDİ

12:34 29-06-2021 450

Balakən rayon Dövlət Yol Polisi bölməsinin sabiq rəisi, polis mayoru Babək Dadaşova yeni vəzifə verilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Babək Dadaşov Zaqatala - Balakən yolunda yerləşən DYP-nin stasionar postuna komandir təyin edilib.

Qeyd edək ki, o, aprel ayında Balakən DYP-nin rəisi vəzifəsindən azad edilmişdi.