TƏBİB əhaliyə tibbi xidmət əvəzinə pullu (rüşvətlə) xidmət edir - Ramin Bayramlı sindiromu

14:56 29-06-2021 459

Tibbi sığortanın tətbiqi səhiyyədə olan anarxiyanı daha da dərinləşdirir

Ölkədə tibbi sığortanın tətbiqi tibb müəssisələrində ikihakimiyyətlilik yaradıb.      TƏBİB-in xəstəxanalara direktor təyin etdiyi şəxslər "kadr islahatlarını" əsasən, rüşvətlə aparması xalqın kəskin etirazına səbəb olur.

TƏBİB-in rəhbəri Ramil Bayramlı elə bir dəhşətli fəaliyyət kursu götürüb ki, dövlətin xalqa pulsuz tibbi xidmətindən danışmağa dəyməz. Səhiyyə nazirliyinin varlığı isə hiss olunmur.
TƏBİB-in rəhbəri Ramil Bayramlı tibb müəssisələrinə təyin etdiyi direktorlar daha çox "bazarkomluq" edirlər.

Ölkədə Tibbi Suğortanın tətbiqinə keçilsə də, xəstələrin şikayətləri və apardığımız araşdırmalar təsdiq edir ki, Səhiyyə nazirliyi hazırda "arabanın beşinci təkəri" rolunu oynayır.

Həkimlər yenə də xəstələrdən rüşvət alır, müalicə üçün lazım olan dərman və tibb ləvazımatları xəstələr öz pulu ilə alırlar. Xəstəxanalarda çalışan aşağı tibbi personalı (tibb bacıları) da hakimlərin "pullu müalicə işini" davam etdirir, xəstədən 5-10 manat almasa, xəstəyə iynə-dərman əvəzinə əzab verir...

Bu yazıda tibb müəssisələrinin adını ona görə çəkmirik ki, nöqsanlar kütləvi xarakterə malikdir. Mənfiliklər ölkənin bütün səhiyyə sisteminə sirayət edib. Ölkədə elə bir normal fəaliyyət göstərən tibb ocağı yoxdur ki, orada xəstələr normal müalicə olunsun...

Ölkə Prezidenti səhiyyə ocaqlarında normal şərait yaradılması üçün bütün tədbirləri görsə də, səhiyyə sisteminin maddi-texniki bazasını möhkəmləndirsə də, rüşvətə görə həbs olunan həkimlərin sayı çox olsa da, ölkəmizin tibb ocaqlarında xalqa normal, rüşvətsiz tibbi xidmət göstərilməsi ideyadan konkret əmələ çevrilməyib...

TƏBİB-in rəhbəri Ramin Bayramlının təyin etdiyi direktorların ölkə səhiyyəsində dərinləşdirdiyi "rüşvət sindromu" tezliklə ortadan qaldırılmasa, tibbi sahəsində qəsdən, çirkin məqsədləri həyata keçirmək üçün yaradılmış anarxiya daha da dərinləşəcək və ölkə əhalisinin şikayətlərini kütləvi etiraz aksiyaları əvəz edəcək.
Bu da Azərbaycanı çökdürməyə çalışan çoxsaylı daxili və xarici düşmənlərə yaxşı fürsət olacaqdır...


Şahnaz

P. S. Qarşı tərəfin münasibətini öyrənməyə cəhd etsək də, mətbuat xidmətinin telefonun dəstəyini qaldıran olmadı...

paralel.az