Biləcəri sakinlərinin zibillik dərdi - VİDEO

15:41 30-06-2021 468

Binəqədi rayonu, Biləcəri qəsəbəsi Nur yaşayış massivinin sakinləri məişət tullantılarının yığılmamasından şikayət edir.

Sakinlər bildirir ki, dəfələrlə İcra Hakimiyyətinə və bələdiyyəyə müraciət etsələr də, problem öz həllini tapmayıb.

Baku TV əməkdaşları məsələ ilə bağlı Binəqədi rayon Mənzil - Komunnal Təsərrüfatı Birliyinə müraciət edib.  Qurumdan bildirilib ki, rayon ərazisində olan konteynerlərdəki zibillər gün ərzində bir dəfə daşınır: “Əgər zibillər kənar yerlərdə toplanıbsa, buna artıq bələdiyyə baxır”, – deyə MTKB-nın baş mühəndisi Vəli Əliyev qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində: