Avropa Birliyi Azərbaycanı bu siyahıdan çıxardı

19:26 30-06-2021 441

Avropa Şurası Azərbaycanı COVİD-19-la əlaqədar səfər məhdudiyyətlərinin tətbiq olunduğu ölkələr siyahısından çıxarmaq barədə qərar qəbul edib.

Proqnoz.com xəbər verir ki, siyahı epidemioloji vəziyyətə əsaslanaraq iki həftədən biri təkrar nəzərdən keçirilir.

Son iclasda Avropa Birliyi hökumətləri Azərbaycan da daxil olmaqla 11 ölkənin məhdudiyyətlərin tətbiq olunduğu ölkələr siyahısından çıxarılması barədə qərar qəbul edib.