Qurban bayramı ilə əlaqədar iyul ayında iş və istirahət günlərinin yeri dəyişəcək - QƏRAR

23:24 01-07-2021 441

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

Bununla bağlı Baş nazir Əli Əsədov “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərar imzalayıb.

Qeyd edək ki, iyulun 20-si və 21-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq.

Beləliklə, 4 gün 18 iyul (bazar), 19 iyul, 20 iyul və 21 iyul ardıcıl qeyri iş günləri olacaq.