Daşkəsən sakinlərindən şikayət: “Aidiyyəti qurumlar məsələyə baxmır”

14:31 07-07-2021 468

Daşkəsən rayonunda məişət tullantıları daşınmır. MillətinSəsi.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində məişət tullantıları üçün qablar qoyulsa da, təmizlənmir.

Bildirilib ki, Xoşbulaq kənd bələdiyyəsi tərəfindən qalaqlanan zibillər daşınmadığı üçün ətrafda yaşayan insanlar kəskin qoxudan şikayətçidirlər.