TƏBİB-lə işçisinin məhkəmə ÇƏKİŞMƏSİ davam edir - “Biz susduracağıq”

15:08 07-07-2021 432

İşdən qanunsuz kənarlaşdırılan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnsan resurslarının idarə olunması şöbəsinin müdiri Xəyalə Həsənovanın qurum rəhbərliyindən şikayətçi olduğunu xəbər vermişdik. TƏBİB-lə işçisi arasında məhkəmə çəkişməsi davam edir. 

Bizim.Media-ya növbəti dəfə müraciət edən Xəyalə Həsənova qeyd edib ki, TƏBİB-lə aralarında yaranan mübahisə ilə bağlı iş  Apelyasiya Məhkəməsindədir: “Apelyasiya məhkəməsinin keçiriləcəyi gün hələ təyin olunmayıb. Gözləyirik. Mən öz tələbimdəyəm və geri addım atmayacağam”.

Xəyalə Həsənova TƏBİB-in ona göndərdiyi mesajı da diqqətə çatdırıb: “TƏBİB birbaşa mənə heç nə deməyib və hər hansı münasibətini ifadə etməyib. Amma əvvəlki iş yoldaşlarımın yanında deyiblər ki, biz Xəyaləni susduracağıq. Yəni məhkəmə filan boş şeydir”.

Xatırladaq ki, TƏBİB-in keçmiş şöbə müdirinin əmək müqaviləsinə xitam verilib.

Şöbə müdirinin sözlərinə görə, əslində TƏBİB onu müqavilə vaxtının bitməsindən sonra çıxarmaq istəyində olub. Amma TƏBİB Xəyalə Həsənovaya xəbərdarlıq etmədən xəstəlik vərəqəsi ilə onu işdən çıxarıb. 

Xəyalə Həsənova əvvəlki işinə bərpa olunmaq tələbindədir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.