Hövsan sakinləri "Azərenerji" ASC-nin rəhbəri Baba Rzayevə mürciət etdi: "Heç bir elektrik avadanlıqlarını istifadə edə bilmirik"

15:19 07-07-2021 369

Suraxanı rayonu, Hövsan qəsəbəsinin Baxça küçə sakinləri Anar Axundov, Səxavət Əliyev, Vasif Əliyev, Kamran Əliyev, Balakərim Məmmədov, Rafael Abdullayev, Namiq Şəmiyev,
Maarif Almazov, Bilal Qəhrəmanov, Tərlan Həsənov, Nəriman Mirzəyev tərəfindən "Azərenerji" Açıq Səhimdar Cəmiyyətinin (ASC) rəhbəri Baba Rzayevə müraciət ediblər.

Həmin müraciətin 1 nüsxəsini redaksiyamıza göndərən Hövsan qəsəbəsi Baxça küçə sakinlərinin şikayət məktubunu olduğu kimi oxucuların nəzərinə çatdırırıq.

Hörmətli, "Azərenerji" ASC-nin 
sədri Baba Rzayev

Biz Hövsan qəsəbəsinin Baxça küçəsinin sakinləri yazaraq bildirmək istəyirik ki, neçə ildi bu qəsəbədə işıq problemi yaşayırıq. Dəfələrlə Hövsan qəsəbəsində yerləşən "Azərişıq"ın idarəsinə müraciət etsək də, problemimiz öz həllini tapmayıb.

Şikayətimizin əsas səbəbi qəsəbəyə verilən işığın normadan aşağı olmasıdır. Heç bir elektrik avadanlıqlarını istifadə edə bilmirik.

Hörmətli, "Azərenerji"ASC-nin
sədri Baba Rzayev

Sizdən xahiş edirik ki, Hövsan qəsəbəsinin Baxça küçəsinin bu problemini tezliklə aradan qaldırılması üçün aidiyyatı qurumlara tapşırıq verəsiniz.

Məsələ ilə bağlı "Azərenerji" Açıq Səhimdar Cəmiyyətinin mətbuat xidməti ilə əlaqə yaratmağa çalışsaq da, telefon zənglərimizə cavab verən olmadı. Qarşı tərəfində münasibətin ictimailəşdirməyə hazırıq.

Azər Mətin