Gömrük generalının məşhur marketlər şəbəkəsi əlindən alınıb? - İDDİA

15:27 07-07-2021 468

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayevə və onun yaxınlarına məxsus olan “Sarı market”lər şəbəkəsi əlindən alınıb.

Məlumatda bildirilir ki, “Sarı market”lər şəbəkəsi DGK-nin sədr müavini İqbal Babayevə məxsus olan biznes sahələrinbdən biri idi və onun yaxın qohumları idarə edirdi.

Bir müddət öncə isə İqbal Babayev marketlər şəbəkəsindən imtina etməli olub.

“Sarı market”lər şəbəkəsini İqbal Babayevin əlindən kimlərin aldığı hələki bizə bəlli deyil. Ancaq bu məsələnin ictimailəşdirilməsi İqbal Babayevin maraq dairəsində olduğu görünür.

Bəs, Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev kimdir?

Babayev İqbal Alıcan oğlu 1964-cü ildə Yardımlı rayonunda anadan olub.


1986-cı ildə Kiyev İnşaat Mühəndisləri Universitetinin Avtomatlaşdırma və İnformasiya Texnologiyaları fakültəsini bitirib.


1990-ci ildə Kiyev İM Milli Universitetində (KİMMU) texnika elmləri namizədi, 2006-cı ildə həmin universitetdə texnika elmləri doktoru (Ukrayna), 2009-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasında texnika elmləri doktoru (Azərbaycan) elmi dərəcələri alıb.


1986-1991-ci illərdə KİMMU-də elmi işçi, müəllim;


1991-1992-ci illərdə AİMU-nin Hesablama Texnikası və Avtomatlaşdırma kafedrasında dosent;


1992-2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında şöbə müdiri;


2000-2008-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru;


2008-2009-cu illərdə Dövlət Gömrük Komitəsinin (DGK) Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarə rəisinin 1-ci müavini;


2009-cu ildən DGK-da Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi vəzifəsi;


2018-ci il 6 Iyul tarixindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin olunmuşdur.

Avropa, Amerika və Asiyanın 60-a yaxın ölkələrində elmi seminarlarda və konfranslarda iştirak etmiş və elmi məruzələri ilə çıxış etmişdir.

Kiyev İnşaat və Memarlıq Milli Universitetinin "Fəxri professor"udur və Azərbaycan Respublikasının AAK tərəfindən Professor elmi adı verilmişdir.

BMT-nin Asiya və Sakit Okean Regionunda Kağızsız Ticarət üzrə Ekspertlər Şəbəkəsinin Məşvərət Komitəsinin üzvüdür və MDB ölkələri gömrük xidmətlərinin rəhbərləri şurasının İnformasiya Texnologiyaları üzrə işçi qrupunun rəhbəri təyin edilmişdir. Asiya İnkişaf Bankı, AlmaniyaBeynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və digər beynəlxalq təşkilatların eksperti kimi Özbəkistan, Tacikistan, Kazaxstan və Qırğızstan ölkələrində gömrük sahəsinin modernləşdirilməsi və innovasiya texnologiyalarının tətbiqi istiqamətində layihələr həyata keçirmişdir.

7 monoqrafiyanın, 13 dərsliyin, 100-dən çox elmi-metodiki işin və Amerikanın PMI İnstitutunun PMBOK-Layihələrin İdarə Olunması kitabının Azərbaycan nəşrinun ümumi redaktəsinin müəllifidir. 6 elmi işinə müəllif hüququ verilmişdir.

"Azərbaycanın tanınmış alimi" (Famous scientists of Azerbaijan), beynəlxalq diplomuna, Rusiya Federasiyasının Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunun "2006-cı ilin ən yaxşı elmi işi" diplomuna layiq görülmüşdür.

Azərbaycan Republikasının Prezidentinin Sərəncamları ilə "Vətənə xidmətə görə" 3-cü və 2-ci dərəcəli ordenləri, "Dövlət qulluğunda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı, Rusiya Federal Gömrük Xidmətinin «За укрепление таможенного сотрудничества» medalı. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və digər nazirliklərin bir sıra medal və döş nişanları ilə təltif olunmuşdur.

2010-cu ildə "İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə" Milli İnternet Mükafatının qalibi elan olunmuşdur.

İngilis və rus dillərini bilir. Evlidir, iki övladı var.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Mənbə aztoday.az