Dövlət Agentliyinin 128 minlik tenderində deputatın oğlu qalib oldu – FOTOFAKT

15:30 07-07-2021 486

Bakı Turizm İnformasiya Mərkəzi 2021-ci ilin iyun ayının 24-də “Baku City Tour ikimərtəbəli avtobus turu üçün yeni xəttin yaradılması-mətnin yazılması, köhnə xətlər üzrəmətnin yenilənməsi və yeni xətlər üzrə mətnlərin əlavə olunması, 12 dilə tərcümə olunması və səsləndirilməsi” lotu üzrə sifarişçi olduğu tenderə yekun vurub.

Qlobal.az xəbər verir ki, Agentliyin sifarişçi olduğu tenderin məbləği 128.865 manat, qalibi isə “Mir Group Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Fuad Nağıyev, Dövlət Turizm Agentlyinin sədri

Qalib elan edilən şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə İlmir İsmayılov İmamverdi oğludur.

Bakı şəhərində fəaliyyət göstərən tərcümə mərkəzlərinin xidmət tariflərinə nəzər saldıqda Bakı Turizm İnformasiya Mərkəzinin 2021-ci ilin iyun ayının 24-də “Baku City Tour ikimərtəbəli avtobus turu üçün yeni xəttin yaradılması-mətnin yazılması, köhnə xətlər üzrəmətnin yenilənməsi və yeni xətlər üzrə mətnlərin əlavə olunması, 12 dilə tərcümə olunması və səsləndirilməsi” lotu üzrə sifarişçi olduğu tenderdə qiymətlərin reallığı əks etdirdiyinə ciddi şübhələr yaranır.

İmamverdi İsmayılov, Milli Məclisin deputatı

Agentliyin tenderinin qalibi olan “Mir Group Holding” MMC-nin rəhbəri Milli Məclisin deputatı İmamverdi İsmayılovun oğludur.

Qeyd edək ki, Bakı Turizm İnformasiya Mərkəzi Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərir.

Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında yaradılıb.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevdir.