"Sirli ünvan"ın budəfəki "qonağı" Ədliyyə Nazirliyinin Pentensiar Xidməti oldu – FAKTLAR

15:32 07-07-2021 477

Ədliyyə Nazirliyinin Pentensiar Xidməti tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Risk Grup” MMC-yə (VÖEN: 1805170181) olub. Pentensiar Xidmət 6 saylı və 13 saylı cəzaçəkmə müəssisəsinə gələn yolun asfalt örtüyünün təmir işləri üçün “Risk Grup” MMC-yə 49 min 529 manat ödəyəcək.

Məlumat üçün qeyd edək ki, “Risk Grup” MMC müsabiqə elanından cəmi 4-5 ay əvvəl – 06.01.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72”-də yerləşir. “Risk Grup” MMC -nin qanuni təmsilçisi  Şıxıyeva Rübabə Ələddin qızıdır.

Eyni ünvanda, eyni gündə və eyni nizamnamı kapitalı ilə qanuni Şıxıyeva Rübabə Ələddin qızı olan daha 3 şirkət - “Afon Qrup” MMC, “Hermeks As” MMC və “Febıks Az” MMC də dövlət qeydiyyatına alınıb.

Maraqlı məqamlardan biri də odur ki, son bir ildə “Risk Grup” MMC -nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub. Belə ki, “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda dövlət qeydiyyatına alınan 4 şirkətin qanuni təmsilçisi Həmidov Ədalət Ələskər oğludur. Həmin ünvanda qeydiyatda olan 5 şirkətin qanuni təmsilçisi Hüseynov Kamran Ayrım oğlu eyni zamanda 5 şirkətin rəhbəri olub.

Bundan başqa həmin ünvanda qeydə alınan bütün şirkətlərin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-lərin adlarındakı “az Ltd”, “az Constraksen”, “az Grup” və s. kimi uzantılardan da açıq şəkildə görünür bu şirkətləri bir-birinə bağlayan hansısa “sirli güc” var. 

Ötən ilin iyun ayından bu ilin yanvar ayına kimi “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanında dövlət qeydiyyatına alınan şirkətlərin bəziləri bunlar olub:




Cəmi 4-5 ay əvvəl yaranan, barələrində açıq internet resuslarda heç bir məlumat olmayan, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Onu da qeyd edək ki,  Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin rəisi, ədliyyə general-leytenantı Ceyhun Əkbər oğlu Həsənovdur. O həm də Ədliyyə Naziri Fikrət Məmmədovun müavinidir.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Müəllif A. Cəfərov