Məşhur iş adamı məhkəməyə verildi – Milyonlarla borca görə…

15:45 07-07-2021 450

2016-cı ildə lisenziyası ləğv olunan “Bank Standard” QSC-nin ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu məşhur iş adamı Şahin Mövsümovu məhkəməyə verib.

Yeniavaz.com
 xəbər verir ki, məhkəmə iclası bu gün – 05.07.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın sədrliyilə keçiriləcək.  Məhkəmə iddiasının kredit müqaviləsi üzrə mübahisələrə görə irəli sürdüyü bildirilir.

Xatırladaq ki, bir qədər əvvəl mətbuatda iş adamının banka təxminən 100 milyon manat  borcunun olduğu  yazılıb. Qeyd edək ki, “Bank Standard” Şahin Mövsümov ilə birgə yaxın qohumu İzolda Mövsümovanı, həmçinin  iş adamına məxsus “AS İnşaat” MMC-ni məhkəməyə verib.