Keçmiş nazirin oğlu Londonda bahalı maşınlarla kef edir - İDDİA

15:46 07-07-2021 558

Bloger  Mehman Hüseynov facebook səhifəsində keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun hazırda Londonda bahalı maşınlarda əyləndiyi barədə araşdırma paylaşıb.

Bloger Mehman Hüseynov  facebook səhifəsində qeyd edib ki, Anar Məmmədov London küçələrində qiyməti 400.000 AZN olan Rols Royce sürür: "Bilirsiz bizim məmurların çoxu niyə asılası alçaqlardır? Çünki onlar milyonları Azərbaycanda "qazansalar", amma daha dəqiq desək oğurlasalar da oğurladıqları pulu Azərbaycana etibar etmirlər.

Milyonları, milyardları xaricə daşıyırlar. Misal üçün, götürək keçmiş nəqliyyat naziri Ziya və onun oğlu Anar Məmmədovları. Bu ailə dövlət büdcəsini dədə malı kimi talayıblar. Cinayət törədiblər və cəzasız qalıblar. Vaxtında prokurorluq bu nazirin əlinə qandal vurmadı. İndi isə Anar Məmmədov Londondadır. Elə bilirdiniz pis yaşayır? Pulu azalıb? Xeyr. Yağ-bal içində yaşayır. Nazir oğlu Londonda ən bahalı maşın qarajına sahibdir.
 
Anar Məmmədov London küçələrində qiyməti 400.000 AZN olan Rols Royce sürür. Qeydiyyat nömrəsi isə - FI ANAR. Keçən il biz nazir oğlunu London küçələrində qiyməti 500.000 AZN olan ( yarım milyon) Lamborgini URUS markalı maşınında görürük, yenə də özünə məxsus MRI ANAR qeydiyyat nömrəsi ilə.

Təsəvvür edin, təkcə araşdırıb tapdığımız məmur balası Londonda 2-cə maşına 1 milyon (1.000.000) manat xərcləyib. Müharibə vaxtı Ziya Məmmədovun və bir çox məmur övladı hamısı xaricdə öz keflərində olub.
 
Biz vaxtında deyirdik ki, bu adamlar korrupsionerdir, bu adamlar oğrudur, bu adamlar cinayətkardır. Hüquq muhafizə orqanları onlara qarşı heç bir ölçü götürmədi. Cinayətkara şərait yaratdılar ki, milyonları, milyardları xaricə daşısınlar. Ona görə bu gün Azərbaycan iqtisadiyyatı çökür, ona görə büdcədə pul azalır, ona görə günü gündən bahalaşma olur. Bunun əziyyətini yenə Azərbaycan xalqı çəkəcək. Yuxarıda oturanların gözü heç vaxt doymayacaq. Biz susduqça onlar öz keflərində olub, dövlət büdcəsini talamağa davam edəcəklər.

1.000.000 manatı bu alçaqlar semiçka pulu ediblər özləri üçün. Halbuki nələr etmək olardı həmin bu pulla!"
P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
 
Müəllif Bloger Mehman Hüseynov