Eldar İbrahimovun 25 milyonluq oteli - Foto

15:52 07-07-2021 414

Milli Məclisin deputatı Eldar İbrahimov İsmayıllı rayonunun Talıstan kəndində "Su Meyilli" adlı otel açıb.

 Unikal.org-a istinadən xəbər verir ki, otelə Eldar İbrahimovun oğlu Elçin İbrahimov rəhbərlik edir. Deputat sözügedən otelin tikintisinə 25 milyon manat vəsait xərcləyib.

Qeyd edək ki, Millət vəkilinin oğlu Elçin İbrahimov daha öncə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb.