Erməni xalqının Paşinyana səs verməsinin 2 səbəbi – Sorğu

17:20 07-07-2021 486

Azərbaycan Sosial Tədqiqatlar Mərkəzi Ermənistanda keçirilən növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan əhalisi arasında sorğu keçirib.

Proqnoz.com xəbər verir ki, 25 iyun-5 iyul 2021-ci il tarixlərində keçirilən sorğuda 1073 respondent iştirak edib.

Sorğuya əsasən, respondentlər seçkilərdə Nikol Paşinyanın qalib gəlməsində iki əsas səbəb görüblər. Birincisi, seçicilərin 48.1%-i müharibədən çəkindiyi üçün revanşistlərə səs verməyib. İkincisi, seçicilərin 37.4%-i Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpasını istəyir.

Sorğu iştirakçılarının 60.9%-i Paşinyanın hakimiyyətini davam etdirəcəyi təqdirdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olacağını deyib.

Hər dörd nəfərdən biri - 25.4% isə düşünür ki, Paşinyanın hakimiyyətdə qalması 10 noyabr birgə bəyanatın şərtlərinə əməl olunmasını və Zəngəzur dəhlizinin açılmasını təmin edəcək.