TƏBİİ, YOXSA SÜNİ FƏLAKƏT?!

17:53 07-07-2021 504

Xəzərdə baş verən güclü partlayışın baş verməsindən xeyli vaxt keçsə də, bu barədə cəmiyyəti qane edəcək rəsmi məlumat verilməyib. Hökumət qurumlarının biri digərini təkzib edən açıqlamaları isə əhali arasında çaşqınlığı daha da artırıb. Məsələn, Dövlət Seysmoloji Mərkəzin direktoru, (Allah yetirmiş) Qurban Yetirmişli deyir ki, bu palçıq vulkanıdır, SOCAR -da direktorla eyni fikirdədir. Amma müstəqil ekspertlər haqlı olaraq bildirirlər ki, neft platformaları yerləşən məkanda palçıq, qeyri-palçıq tipli vulkanların başvermə ehtimalı sıfra bərabərdir. Əsaslandırılır ki, dənizin həmin hissəsi istismar olunduğundan orda vulkana səbəb olacaq qaz kütləsinin yığılması qeyri-mümkündür. Fövqalədə Hallar Nazirliyi də partlayışın palçıq vulkanı olmadığını bəyan edir. 

Bəzi insanlar, o cümlədən, Türkiyə mediası bunun bir raket hücumu olduğunu iddia edir ki, bu da ağılabatan versiya deyil. Çünki nə Rusiya, nə də İran ABŞ və İngiltərənin iqtisadi mənafeyi olan obyektlərə qarşı əsla belə terror hücumu təşkil edəçəyə cəsarət göstərməz. 
Mistik insanlar isə bunun bir Allah qəzəbi olduğunu iddia edir. Göstərir ki, bunca yeraltı karbohidrogen ehtiyatı olan dövlət də heç hər il qaz və benzinin qiymətini qaldırarmı... 
Bax, bu versiya mənim də ağlıma batdı.
   
 Paralel.az
 
 Səma Ələsgərli