4 aylıq şirkət həm İKT, həm də təmir-tikinti sektorunda fəaliyyət göstərir – Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəmmalı tenderi

20:05 07-07-2021 405

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Kamıd” MMC olub. ADPU abadlıq işləri üçün “Kamıd” MMC -yə 14 min 837 manat 50 qəpik ödəyəcək.

Tender müsabiqəsi (Korirovka sorğusu) aprel ayının 4-də elan olunub. Cəmi 4 ay əvvəl – 16.12.2020-ci il tarixində dövlət qeydiyyatına alınan “Kamıd” MMC “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nin keçirdiyi tender müsabiqəsində də qalib olub və 10 min 800 manat alıb.

Maraqlıdır ki, “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” üçün İKT sahəsində xidmətlər (“isim.az”, “tobaccocontrol.az”, “nosmoke.az”, “ebmg.az” və “snsk.az” saytlarina illik qulluq, texniki dəstək, yeniləşmənin aparılması və onların müxtəlif sosial şəbəkələrdə o cümlədən “Fasebook” və “İnstagram” səhifələrində populirizasiya edilməsi) göstərdiyi halda, ADPU üçün abadlıq işləri görəcək.

Məlumat üçün bildirək ki, “Kamıd” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Qanuni təmsilçisi Hüseynov İsrafil Tofik oğlu olan MMC-nin hüquqi ünvanı “Nərimanov rayonu, Fətəlixan Xoyski pr., ev 138A, m. 52”də yerləşir.
Maraqlı məqamlardan biri də odur ki, “Kamıd” MMC-nin  dövlət qeydiyyatına alındığı ünvanda yaxın tarixlərdə bir neçə şirkət qeydiyyata alınıb və bu şirkətlərin qanuni təmsilçiləri də eyni şəxslər olub.

“Kamıd” MMC ilə birgə “Nərimanov rayonu, Fətəlixan Xoyski pr., ev 138A, m. 52” ünvanında qeydə alınan şirkətlərin bəziləri bunlar olub:

Adı Ünvan Nizamnamə kapitalı Qanuni
təmsilçi
Qeydiyyat
tarixi
“Sarmerdi” Fətəlixan Xoyski pr., ev 138A, m. 52 10 manat Hüseynov İsrafil  Tofik 13.08.2020
“Arendil” Fətəlixan Xoyski pr., ev 138A, m. 52 10 manat Hüseynov İsrafil  Tofik 13.08.2020
“Milani 2020” Fətəlixan Xoyski pr., ev 138A, m. 52 10 manat Şotayeva Həqiqət Əliheydər 10.08.2020
“Mardon Servis” Fətəlixan Xoyski pr., ev 138A, m. 52 10 manat Şotayeva Həqiqət Əliheydər 10.08.2020
“Kanger Servis” Fətəlixan Xoyski pr., ev 138A, m. 52 10 manat İsmayılov Vüsal Elxan 14.09.2020
“Defakti 2020” Fətəlixan Xoyski pr., ev 138A, m. 52 10 manat İsmayılov Vüsal Elxan 14.09.2020
“Oliner” Fətəlixan Xoyski pr., ev 138A, m. 52 10 manat Hüseynov İsrafil  Tofik 14.12.2020
“Carbın” Fətəlixan Xoyski pr., ev 138A, m. 52 10 manat Hüseynov İsrafil  Tofik 14.12.2020
“Kamıd” Fətəlixan Xoyski pr., ev 138A, m. 52 10 manat Hüseynov İsrafil  Tofik 16.12.2020


Müəllif A. Cəfərov