Rus sərhədçilərinin statusu genişləndirilir

21:28 07-07-2021 477

Armenianreport.com saytı yazır ki, Ermənistan-Azərbaycan sərhədinin problemli ərazilərində Rusiya sərhədçilərinin iştirakının genişləndirilməsinə dair əsaslı müzakirələr davam edir. Gələn məlumata görə, Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin bunu 7 iyulda jurnalistlərə verdiyi müsahibəsində bildirib. Diplomat qeyd edib ki, Ermənistan Baş naziri Ermənistan və Azərbaycan qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Sotk-Xoznavar hissəsindən çıxarılması və beynəlxalq müşahidəçilərin oraya yerləşdirilməsi barədə təklif irəli sürüb: “Bu məsələlərlə bağlı əsaslı məsləhətləşmələr aparılır, problem praktiki baxımdan da müzakirə olunur. Müvafiq qərarlar qəbul edildikdə bizə məlumat veriləcək. Bildiyiniz kimi, Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədinin müxtəlif hissələrində yerləşdirilməsi həm sərhəddəki vəziyyətin sabitləşməsinə kömək edir, həm də yerli əhalinin özlərini daha rahat və təhlükəsiz hiss etməsinə şərait yaradır. Bu mövcudluğu necə genişləndirmək barədə müzakirələr davam edir. Düşünürəm ki, hər şey Ermənistanın təhlükəsizliyi, sərhəddə sabitliyin təmin edilməsi məqsədi güdür və bu məsələ üçtərəfli səviyyədə əldə olunmuş razılaşmaların yerinə yetirilməsi maraqlarından çıxış edilərək həll olunacaq”.

Xatırladaq ki, Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının 27 may tarixli fövqəladə iclasında beynəlxalq ictimaiyyətə sərhəddəki gərginliyi azaltmaq üçün Ermənistan-Azərbaycan sərhədinin Sotk-Xoznavar hissəsindən Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələrini çıxarılması və orada Rusiyanı və ya ATƏT-in Minsk Qrupunun həmsədrlərini təmsil edən ölkələrin beynəlxalq müşahidəçilərini yerləşdirməyi təklif edib.

Akif