Teymur Musayevdən “ÇİP ƏMƏLİYYATI“: Bu şəxslər izləniləcək - İDDİA

23:07 08-07-2021 477

Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayevin əcaib addımları haqqında ilginc iddia irəli sürülüb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Teymur Musayev Səhiyyə Nazirliyinin əməkdaşlarının avtomobillərinə çip taxılması haqqında şifahi əmr verib.

İddia edilir ki, işçilərin iş saatları daxilində harada olduğunu müəyyənləşdirmək və onların hərəkətlərini izləmək üçün avtomobillərə çiplərin taxılmasına başlanılıb.

Maraqlısı isə budur ki, çiplərin işçilərin sadəcə xidməti yox, həm də şəxsi avtomobillərinə taxılması nəzərdə tutulur. Məlumata görə, buna etiraz edən əməkdaşlar təzyiqlərə məruz qalır.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Mənbə Yenicag.az