Füzuli rayon İcra Hakimiyyətinin 131 min manatlıq tenderinin qalibi narkoman və avtomobil oğrusudur? – VİDEO

23:12 08-07-2021 477

Füzuli rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Mantı LM Group” MMC (VÖEN- 1505345531) olub. Tender müsabiqəsinin şərtlərinə əsasən “Mantı LM Group” MMC Füzuli rayon İcra Hakimiyyətinə  130 min 777 manat dəyərində mal-material satacaq.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Mantı LM Group” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Şirkətin daha əvvəl hansı işlərlə məşğul olduğu barədə heç bir yerdə məlumat yoxdur.

Məlum olan yalnız odur ki, “Mantı LM Group” MMC bir ay əvvəl keçirilən tenderin nəticəsinə görə Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasında və 11 saylı cəzaçəkmə müəssisəsində abadlaşdırma işləri görəcək və görülən işlərin qarşılığında 46 min 191 manat alacaq.

Rəsmi məlumatlarda “Mantı LM Group” MMC -nin tender müsabiqəsindən (elan 26.05.2021-ci ildə açıqlanıb) cəmi 3 ay əvvəl - 27.01.2021-cı ildə dövlət qeydiyyatına alındığı, nizamnamə kapitalının isə cəmi 2 manat olduğu qeyd olunub. Hüquqi ünvanı Nərimanov rayonu, E.İsakzadə, ev 10/8-də yerləşən şirkətin qanuni təmsilçisi Rzaquliyev İrşad Elham oğludur.

Tenderlə bağlı diqqət çəkən məqamlardan biri odur ki, təxminən eyni tarixdə, fərqli ünvanlarda Rzaquliyev İrşad Elham oğlunun rəhbərlik etdiyi daha 4 şirkət dövlət qeydiyyatına alınıb.
Rzaquliyev İrşad Elham oğlunun rəhbərlik etdiyi şirkətlər bunlardır:

Şirkətin adı VÖENİ-i Hüquqi ünvanı Nizamnamə kapitalı Qeydiyyat tarixi
"MANTI LM GROUP" 1505345531 NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 2 manat 27 Yanvar 2021
"MADAGAR RF" 1306982751
 
YASAMAL RAYONU, ALATAVA 1 ev.145 2 manat 27 Yanvar 2021
"SEMRA SNG" 1405407581
 
NƏSİMİ RAYONU, HÜSEYNBALA ƏLİYEV 2 MK ev.9 m.4. 2 manat 27 Yanvar 2021
"LALENDE FM GROUP" 2006559021 XƏTAİ RAYONU, ƏHMƏDLİ ŞTQ, ELÇİN ƏLİYEV ev.4 2 manat 27 Yanvar 2021
"NGN GROUP" 1006848981
 
BİNƏQƏDİ RAYONU, M.RƏSULZADƏ ŞTQ, Z.QƏMBƏROV DÖN. ev.2 m.2. 2 manat 28 Yanvar 2021


Diqqət çəkən başqa bir məqam isə bundan ibarətdir ki, Rzaquliyev İrşad Elham oğlu 2020-ci ildə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Sabunçu rayonu Ramana qəsəbəsində avtomobili oğurlamaqda təqsirli bilinərək saxlanılıb.

Açıqlanan rəsmi məlumatda qeyd olunub ki, Rzaquliyev İrşad Elham oğlu Babayev Qəşəm Əliqəmən oğluna məxsus avtomobili Yəhya Bakuvi küçəsi 5 ünvanında oğurlayıb. Rzaquliyev İrşad Elham oğlu avtomobil ilə birlikdə 18-ci polis bölməsinə gətirilib.

Onun üzərində narkotik maddə sayılan kakos aşkar edilib. Məlum olub ki, saxlanılan şəxs əlvan metal toplayırmış və avtomobilin qapılarının açıq olduğunu görüb. Tamah ona güc gəldiyi üçün avtomobili oğurlayıb. O avtomobili oğurlamayacağını sadəcə içşərisindəki maqnitafonu satıb özü üçün narkotik vasitə alacağını bildirib. Maqnitafonu Sabunçu bazarında satan şəxs özü üçün narkotik vasitə də əldə edib. Lakin keçirilən əməliyyat zamanı həmin narkotik vasitə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Tenderin qalibi olan olan Rzaquliyev İrşad Elham oğlu ilə narkotik və avtomobil oğurluğuna görə saxlanılan Rzaquliyev İrşad Elham oğlunun eyni şəxs olub-olmadığını öyrənmək üçün daha əvvəl Pentensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman  Sadıqovla əlaqı saxlasaq da, qurum rəsmisi bu bardə onda heç bir məlumatın olmadığını bildirib. 

Onu da qeyd edək ki, tenderin qalibi olan “Mantı LM Group” MMC-nin qeydiyatda olduğu ünvanda da qısa müddət ərzində bir neçə şirkət qeydiyyata alınıb:

Şirkətin adı Qanuni Təmsilçisi Hüquqi ünvanı Nizamnamə kapitalı Qeydiyyat tarixi
"MANTI LM GROUP" Rzaquliyev İrşad Elham NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 2 manat 27 Yanvar 2021
"KODAG" Vəliyev Şahin Nazim
 
NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 2 manat 1 Dekabr 2020
"NOEL MK" Məmmədov Coşqun Mayıl
 
NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 2 manat 2 Dekabr 2020
"ZEFER 2020" Məmmədov Coşqun Mayıl
 
NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 2 manat 4 Dekabr 2020
"LAÇIN ZƏFƏR" Dadaşov Tural Balaqardaş
 
NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 2 manat 7 Dekabr 2020
"LİMPART 2021" Salmanov Elvin Süleyman NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 2 manat 14 Dekabr 2020
"ADOBE" Zeynalov Mehman Mürsəl NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 2 manat 14 Dekabr 2020
"ŞUŞA HOLDİNG LMN" Qurbanov Vüqar Süleyman NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 2 manat 11 Yanvar 2021


Məlumat üçün qeyd edək ki, Füzuli Rayon İcra Hakimiyyətinin baş mühasibi Cəmşid Əmirov məsələ ilə bağlı qafqazinfo-ya açıqlamasında bildirib ki, onlar həmin şirkəti qalib elan etməyib: “Biz tenderlə bağlı sənədləri Satınalmalar üzrə Dövlət Agentliyinə veririk. Onlar elektron formada tenderi elan edirlər. Qeyd olunan “Mantı LM Group” MMC tenderi udan 7 qalib şirkətdən biridir. Seçimi biz etməmişik, elektron qaydada təşkil olunub. Amma biz hələ onlarla tanış olmamışıq, həmin şəxs barədə də heç nə bilmirik. Əgər həmin şirkətin vergidən yayındığı sübut olunsa, hansısa cinayət işi olsa, borcu olsa, o şirkət qalib elan edilməyəcək. Agentliyin onları qalib elan edib-etməyəcəyi hələ bilinmir. Biz hələ müqavilə imzalamamışıq. Əgər bizim şərtlərimizə uyğun gələrsə, o zaman müqavilə bağlayacağıq”.