Cavid Qurbanov İFLAS HƏDDİNDƏ: "Dəmiryolları"nın şefi əmlakını satışa çıxarıb - İDDİA

23:28 08-07-2021 486

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun müflis olduğu deyilir.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, QSC sədri həm Azərbaycandakı, həm də xaricdəki yaşayış və qeyri-yaşayış obyektlərini satışa çıxarıb.

Məlumata görə, Cavid Qurbanov “Topaz”dakı payını da satmaq istəyir və bunun üçün alıcı da axtarır.

Cavid Qurbanov tikdirdiyi və və tikdirməkdə olduğu binaların sənədlərini banklara qoyub, böyük miqdarda pul götürdüyü də əldə edilən məlumatlar arasındadır. Cavid Qurbanovun bu addımı atmasının səbəbi bəlli deyil. Ehtimal edilir ki, yaxın günlərdə Cavid Qurbanovun vəzifədən kənarlaşması da gündəmə gələ bilər.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.