Pasiyenti tərəfindən bıçaqlandığı iddia olunan həkim özü-özünə xəsarət yetirib?

23:33 08-07-2021 531

Bir neçə gün əvvəl sosial şəbəkələrdə 5 saylı şəhər Kliniki Xəstəxananın həkimi Zöhrab Şamxalovun pasiyentin oğlu tərəfindən bıçaqlanması barədə məlumat yayılmışdı.

Rəfael Əzimov adlı pasiyentin ailəsi Oxu.Az-la əlaqə saxlayıb. Ailə qeyd edib ki, həkim özü-özünü bıçaqlayıb: "Atam həkimlə mübahisə etdiyi üçün ona şillə vurub. Bundan sonra həkim özünə xəsarət yetirib".

Həkim polisə izahatında bildirib ki, pasiyent onu o qədər əsəbləşdirib ki, özünü öldürmək həddinə çatıb. Nəticədə özünə xəsarət yetirib.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirilib ki, hadisə ilə bağlı 16-cı Polis Bölməsində toplanmış materiallar araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib: "Baş verən hadisəyə hüquqi qiymət veriləcək".