Gəncədə evləri seldən zərər görən sakinlərlə maraqlanan yoxdur - VİDEO

23:42 08-07-2021 522

Yağıntılı hava şəraitinin Gəncə şəhərində törətdiyi fəsadlar aradan qaldırılmır.

Bu barədə Gəncə şəhərinin Məhsəti qəsəbəsində evləri zərər görən sakinlər məlumat veriblər.

Onlar bildiriblər ki, artıq iki gündür ki, yağışın vurduğu ziyanın aradan qaldırılması üçün heç bir qurum vətəndaşlarla maraqlanmayıb.

Sakinlərin sözlərinə görə, bu qəsəbədə dəfələrlə eyni fəsad yaranır, lakin buna baxmayaraq heç bir tədbir görülmür.