Xətaidə ağacları kəsib, obyekt tikirlər? - VİDEO

23:44 08-07-2021 423

Bakı şəhəri Xətai rayonu Yusif Səfərov 12 ünvanında yaşayış binasının qarşısında obyekt tikilir. Bu barədə həmin ərazidə yaşayan sakinlər şikayət edib.

Sakinlər bildirib ki, 2017ci ildə ərazidə şam ağacları kəsilib: “Kəsilən ağacların yerinə yenidən ağaclar əkib, obyekt tikilməsinin qarşısını ala bildik. Ağaclar bitib, böyüyür indi yenə gəlib kəsib obyekt tikmək istəyirlər”.

Qeyd edilib ki, artıq əraziyə tikinti materialı tökülüb.

Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirib ki, Xətai rayonu Yusif Səfərov 12 ünvanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icarəyə verilib: “Həmin şəxs də ona aid olan ərazini hasara almağa cəhd edib. Sakinlərin narazılığı olduğu üçün bu işlər dayandırıldı və tam nəzarətimizdədir”.