Pul ayrılsa da yol çəkilməyib: Daşkəsən sakinləri çətinlik çəkirlər - VİDEO

23:48 08-07-2021 468
Yolun olmaması sakinlərə problemlər yaradır
 
Daşkəsənin Çıraqlı kəndinin sakinləri yol probleminə görə çətinlik çəkirlər. proqnoz.com Xezerxeber.az-a istinadən verdiyi məlumatına görə, Çıraqlı kəndinə getmək üçün yalnız bəzi avtomillərdən istifadə  edilir.
 
Kənd  yolu bərbat vəziyyətdə olduğundan hər maşınla bu kəndə gedib-gəlmək mümkün olmur.
 
Yolun olmaması sakinlərə problemlər yaradır.
 
Problemə münasibət bildirən kənd icra nümayəndəsi Ramiz İsmayılov yolun bir neçə dəfə daxili imkanlar hesabına hamarlandığını bildirib.
 
Ramiz İsmayılov, sakinlərin onu tapa bilməməklə bağlı şikayətlərini əsassız hesab edib.
 
2012-ci ildə ayrılmış dövlət vəsaiti hesabına kəndə yol çəkilişinin niyə başa çatdırılmaması məsələsinə isə aydınlıq gətirən olmayıb.