Daşkəsinin icra başçısı Əhəd Abıyev: "Əli İnsanovu yumruqla vurdum" - VİDEO

15:52 10-07-2021 477

Daşkəsinin icra başçısı Əhəd Abıyev keçmiş səhiyyə naziri Əli İnsanovla vaxtilə arasında baş verən insidentdən danışıb.

MillətinSəsi.info xəbər verir ki, o, çıxış etdiyi tədbirlərin birində Əli İnsanovu yumruqla vurduğunu dilə gətirib:

"Respublika sarayı qarşısına böyük bir tədbir idi. O tədbirdə də Azərbaycanın ayrı-ayrı rayonlarından Əli İnsanova yaxınlaşıb söz dedilər, xahiş etdilər, bu da onları təhqir etdi. Orada Azərbacanın ziyalıları, parlament üzvləri, nazirlər də var idi. Mən ona dedim ki, sən niyə belə qabiliyyətsiz hərəkət edib nazir kimi bunları təhqir edirsən? Kimsən sən? Mənə kobud cavab verəndə, açığı, dözmədim. İdmançı, boksçu olmağımdan istifadə edib ona yaxşı bir yumruq tutuzdurdum və ağzı üstə yerə yıxıldı, pis vəziyyətə düşdü. Sonra qısa müddətdə onu tutub həbs etdilər".