Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsinin bahalı avtomobili ortaya çıxıb

15:55 10-07-2021 423

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovun şəxsi maşınının sosial şəbəkələrdə fotosu paylaşılıb.

Bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov "Land Cruiser" markalı, 10 AA 889 dövlət qeydiyyat nişanlı və qiyməti təqribən 90 min dollar olan maşını yeni alıb. 

Azsiyaset.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov üçün ayrılmış "Hundai Sonata" markalı xidməti maşın var. Amma o, bu maşından istifadə etmir. 

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.