Qubanın icra başçısı Ziyəddin Əliyev oğluna zavod bağışlayıb? - İDDİA

22:11 13-07-2021 396

"Quba rayonun hazırkı icra başçısı Ziyəddin Əliyevin İcra başçısı işləməmişdən qabaq, Azərbaycan Avtomobil Yolları dövlət Agentliyinin – “14№-li Xüsusi Təyinatlı Yol İstismarı”MMC idarənin direktoru vəzifəsində çalışırdı.

Hal –hazırda başçı işləsə də idarənin rəhbərliyini uzaqdan yəni qeyri-rəsmi idarə edir. İdarənin indiki rəhbəri Bəndəliyev Araz Arif oğludur.

Gundeminfo.az xəbər verir ki. bu barədə araşdırmaçı jurnalist Cəmil Məmmədli məlumat verib. Jurnalist qeyd edir ki, idarənin anbar müdiri işləyən Əhmədov Azad Akif oğlunun ali təhsili olmadığı üçün idarənin rəhbərliyi dostu olan Araz Bəndəliyevə tapşırılıb.

Ümumilikdə rəhbərlik yenədə Əliyevlər ailəsindədir. Ziyyədinin Əliyevin oğlu Rəşad Əliyev də atasının idarəsində direktor müavini vəzifəsin icra edir. Xüsusi olaraq ştat olmadığı halda öz oğluna müavin ştatı açdırıb. Hətta Nicat Əliyev də idarədə mühəndis vəzifəsində işə götürülüb.

Azad Əhmədovun anası Firəngiz Əhmədova idarədə işçi kimi müəyyən bir peşəni icra edir. .Təbii ki, bu şəxslər işə gəlmirlər, sadəcə adları orda işçi kimi gedir. İdarədə bir çox adları gedən və vəzifələrini icra etməyən işə gəlməyən bir çox işçi (ölü canlar) movcuddur və təbii ki, idarənin 80 faiizi Əliyevlərin qohumlarıdır.

Daha bir idarəsi olan “Mühəndis Yol Təmir Tikinti”-nin rəhbəri Namazov Yenisey Eldar oğludur, oğlu Rəşadın sinif yoldaşıdır. Həmin idarəyə məxsus olan (yəni şəxsən maşınlar ailə üzvlərinin adlarınadır) olan maşınlar və texnikalar 14 №-li Xüsusi Təyinatlı MMC-yə icarəyə verilir.

Göründüyü kimi, Qubanın icra başçısı da rəhbəri olduğu rayonda oğluna və digər ailə üzvlərinə də heç də "az gün ağlamayıb".

Mövzu ilə bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. 

Mənbə Gundeminfo.az