Bakının mərkəzindəki bu abidə hansı məmurun bağına daşınıb?

22:24 13-07-2021 324
Yadıma gəlir ki, 1990, ya 1991-ci ildə bu fontanın açılışı böyük səs-küyə səbəb olmuşdu. Əsərin üzərində hər tərəfdən simmetrik olaraq dörd nar həkk olunmyşdu. Dahi Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında heykəltaraş Telman və Eldar Zeynalov qardaşları gözəl sənət nümuməsi yaratmışdılar. Olduqca maraqlı fontan-abidənin açılışında xeyli sayda insan iştirak edirdi.
 
Birdən bura toplaşan qaraqüruhçuların qışqırığı, bağırtısı hamını çaş-baş saldı. Qaragüruhçular bu fontan-abidənin demontaj olunmasını tələb edərək getdikcə coşurdular. Sən demə, kimsə bunlara deyib ki, dörd nar xaça işarədir. O dövrdə belə məsələlərə hamı çox həssaslıqla yanaşırdı. Nə qədər bu qışqırıb bağıraraq hamıdan düşmən obrazı yaratmağa cəhd edənlərə izah olundu ki, bu əsərdə xaç işarəsi yoxdu, heç bir xeyri olmadı.

Əslində dord nar - Torpaq, Hava, Od, Su - Həyat rəmzi olmasına işarə idi. Qaragüruhçular heç kəsi eşitmək istəmirdi. Hadisələr getdikcə daha kəskinləşirdi. Onda Zeynalov qardaşları məcbur olub dörd nardan birini kəsib çıxartdılar. Yalniz bundan sonra adidə-fontanın açılışı baş tutdu.
 
Əslində bu əsər Nizami Gəncəvinin 850 illiyinə hazırlanmış bir abidə-fontan idi. Şəhərin mərkəzində, Nizaminin möhtəşəm heykəlinin 100 metrliyində, Nizami adına Ədəbiyyat Muzeyinin duz yanında böyük mütəfəkkir şairin xatirəsinə bir ehtiram nümunəsi idi...
 
Çoxdan şəhərin bu hissəsində olmamışdım. Bir neçə gün bundan qabaq Fəvvarələr Meydanından keçəndə gözlərimə inanmadım. Fontan-abidə yerində yox idi. Sadəlövcəsinə düsüşündüm ki, yəqin fontanın yerini dəyişiblər. Dostlardan, tanışlardan soraqlaşdım. Əfsuslar olsun ki, heç kimdən cavab ala bilmədim. Başladım qısa bir araşdırmaya. Məlum oldu ki, 2010-cu ildə o dövr Bakı şəhər icra hakimi işləyən, hamımızın yaxşı xatırladığı Hacıbala Abutalıbov bu möhtəşəm əsəri sökdürür və yerinə yeni fontan qoydurur. Bax, burası çox maraqlıdı...
 
Hacıbala Abutalıbov Bakının bütün bağ və parklarında eyni tipli fontanlar quraşdirib. Səhər sakinlərinin bu fontanlara maraqlı münasıbəti var. Bəziləri Hacıbalanın fontanlarını nəlbəkiyə oxşadır. Deyirlər ki, Hacıbala nəlbəkidən çay içməyi çox xoşlayır. Ona götə Bakının hər yerində nəlbəki-fontanlar quraşdırıb. Hamısı da eyni formada.
 
Digər şəhər sakinləri bildirdilər ki, bunlar nəlbəki-fontanlar yox, ehsan kasası-fontanlardı. Kasa-fontanları Hacıbala ona görə şəhərin hər yerində quraşdirib ki, dünyadan köçəndə özünə ehsan vermış olsun. Əslində Hacıbala müəllimin belə düşünə biləcəyinə heç şübhəm yoxdu...
 
Nizami Gəncəviyə həsr olunmuş abidə-fontanın harada olması ilə maraqlananda maraqlı məlumatlar eşitdim. Eşitdiklərimi ümumiləşdirəndə belə bir məlumat alınır:
 
2010-cu ildə Hacıbala Abutalıbov Fəvvarələr Meydanını rekanstruksiya edəndə hansısa oliqarxa işi düşür. Həmin oliqarx da Hacıbala müəllimdən Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında Zeynalov qardaşlarının hazırladıqları abidə-fontanı istəyir. Hacıbala müəllim də “uff” demədən bu möhtəşəm əsəri həmin oliqarxa hədiyyə edir. Hətta aparıb onun bağında quraşdırır...
 
Əlbəttə, mən bu məlumatın nə qədər həqiqətəuyğun olduğunu soyləyə bilmərəm. Hər halda buna heç bir sübutum yoxdu. Sadəcə insanlardan eşitmişəm. Bircə o məlumdur ki, Zeynalov qardaşlarının Nizami Cəncəvinin əsərlərinin motivləri əsasında hazırladıqları abidə-fontan yerində yoxdur. Əvəzində isə Hacıbala müəllimin sevdiyi və Bakının bütün park və bağlarında quraşdırdığı eyni tipli nəlbəki-fontan və ya ehsan kasası-fontanı var. Bu kasamı deyim, nəlbəkimi deyim, o da çat verib. Fontan işləməyəndə də ordan daim su axır.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci il Azərbaycanda Nizami Gəncəvi ili elan olunib. Boyük mütəfəkkir şairimizin bu il 880 illiyində Zeynalov qardaşlarının möhtəşəm abidə-fontan tapılıb yerinə qaytarılsa, məncə, ölməz Şeyx Nizaminin xatirəsinə gözəl hədiyyə olar. Bakı sakinləri və şəhərimizin qonaqları paytaxtımızın ən mərkəzi hissəsində dahi Nizami Gəncəvinin möhtəşəm abidəsi yaxınlığında, Nizami adına Ədəbiyyat Muzeyninin düz yanında belə bir abidə-fontan kompleksindən zövq alardılar...
 
Mənbə bakıpost.az