EGE Hospitalda ölüm hadisəsi: Hospital rəhbərliyi ittiham olunur

22:33 13-07-2021 396

EGE Hospitalda ölüm hadisəsi baş verib.  HİT.az-a daxil olan məlumata görə, uzun müddətdir hospitalda müalicə alan Fatimə Xuçinayeva dünyasını dəyişib.

Onun qızı Eren Xuçinayeva xəbəri təsiqləyib. O, anasının ölümünə görə hospital rəhbərliyini ittiham edib: 

"Anamı öldürdülər. Anamın orqanizminə mikrob saldılar. 8 dəfə bizdən xəbərsiz əməliyyat etdilər. Anam komaya düşdü. Təcili əməliyyat lazım idi. Amma xəstəxana rəhbərliyi istəyirdi ki, mən bizdən xəbərsiz edilən əməliyyata guya razılıq verdiyim barədə sənəd imzalayım. Mən isə imzalamadım. Nəhayət, anam dünyasını dəyişdi. Bu işi belə qoymayacağam".