Saatlıda fermerlərin susuz qalan pambıq tarlaları məhv olur?

22:56 13-07-2021 369

Saatlı rayonun fermerləri artıq günlərdir, müxtəlif qurumlara təsərrüfat suyunun qıtlığı ilə bağlı davamlı şikayətlər edirlər. Onlar şikayətlərində xüsusilə Bəhramtəpə Hidroqovşagının İstismarı İdarəsini tənqid edirlər.

Fermerlərin sözlərinə görə, Saatlı rayonunun pambıq sahələri susuzluqdan quruyur, sahə 5-10 gün də susuz qalsa məhv olacaq. Fermerlər idida edirlər ki, açıq deməsələr də, su əvəzi onlardan rüşvət umurlar.

Yeri gəlmişkən iyulun 10-da Saatlı rayonun bir neçə kəndinin sakininin su tələbi ilə etiraz aksiyasi keçirdiyi ilə bağlı məlumatlar yayılmışdı. Həmin məlumatlara görə, fermerlər şikayət edirlər ki, su yalnız oliqarxların təsərrufatlarına verildiyinə görə, qıtdır.

Kiçik təsərrüfat sahibləri vurğulayırlar ki, rayon fermerlərinə düşən su paylarını Dövlət torpaq fondu hesabına iri təsərrufatlar yaradan iş adamlarına verirlər. Onların qeyd etməsinə görə, sadə kəndlilərin rüşvət verəcək pulları yoxdur.

Bəhramtəpə Hidroqovşagının istismarı idarəsinin rəisi Mirqoca Mirişov isə “Turan” İnformasiya Agentliyinə verdiyi müsahibədə Saatlı kəndlilərin ittihamlarını rədd edib. O, deyib ki, əgər kimdəsə onun guya qeyri-qanuni tələbləri barədə faktları varsa hüquz mühafizə orqanlarına şikayət edə bilər.