Xarici ölkələrin COVID pasportları ölkəmizdə tanınmır?

15:08 15-07-2021 423

Xarici ölkələrin peyvənd və immunitet sertifikatlarının Azərbaycanda tanınması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in vətəndaşların vaksinasiya ilə bağlı suallarına cavabında bildirilib.

Bildirilib ki, beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizminin üzərində işləyir.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in vətəndaşların vaksinasiya ilə bağlı suallarına cavabında bildirilib ki, “Peyvənd sertifikatı” müddətsizdir: “Dünyada koronavirus (COVID-19) əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddəti istiqamətində elmi tədqiqatlar davam etdirilir. Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq”, - deyə qeyd edilib.