Gədəbəy rayonunda məmur balası avtoqəza törədib? - İDDİA

15:10 15-07-2021 405

Gədəbəy rayon İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərovun oğlu İlkin İsgəndərov yenidən ağır qəza törədib. MillətinSəsi.info xəbər verir ki, bu barədə feybukda “Rüşvət” səhifəsi məlumat yayıb.

Facebook sosial şəbəkəsindəki Rüşvət” səhifəsindəki yayılan xəbərdə bildirilir ki, məmur oğlu neçənci belə qəzadır törədir. Onun zərərli vərdişlərinin olduğu iddia edilir.

Məlumatda deyilir ki, Gədəbəy rayon İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərovun oğlu İlkin İsgəndərov bir neçə dəfə rayonda avtoqəza törədib.

Hətta insan ölümünə də səbəb olub. Atası İsgəndərov Zülfüqar Firudin oğlu Gədəbəy rayon İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri vəzifə tutması səbəbindən, İlkin İsgəndərovun əməllərinə göz yumulur.

Məsələ ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyətinə və Gədəbəy rayon Polis İdarəsinə zəng edib, məlumatı dəqiqləşdirməyə çalışsaqda bu mümkün olmadı. 

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.