İdman Akademiyasında “yığım prosesinə start” verilib? - İDDİA

15:08 16-07-2021 585

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) son illər medianın gündəmindən düşməyən ali təhsil müəssisələri sırasında yer alır.

Akademiyada maddi maraqlar uğrunda baş verən daxili intriqalar təhsilin keyfiyyətini, universitetin reytinqini aşağı salmaqla bərabər, həm də, son illər universitetin maddi-texniki bazasına və təmirinə yatırılmış milyonlarla manat dövlət vəsaitinin havaya sovrulması anlamına gətirir.

Böyük tarixi keçmişi və əsas etibarilə çalışqan, savadlı pedoqoji kollektivinin olmasına baxmayaraq, bu gün akademiya ciddi formada tənəzzül dövrünü yaşayır.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) baş verən rüşvər yığımları,rəhbərlik tərəfindən müəllim və tələbələrə qarşı yol verilən hazsizlıqlar və digər qanun pozuntuları barədə kütləvi informasiya vasitələrində tez-tez informasiyalara rast gəlinməsinə baxmayaraq,Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev “burda mənəm Bağdadda kor xəlifə” prinsipini üstün tutub.

Məlum olduğu kimi, ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar sırasına xüsusi qabiliyyət tələb edən ixtisaslar da daxildir.Ali təhsil müəssisələrinin Təsviri sənət, Musiqi sənəti, Teatr, kino, xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətli xüsusi qabiliyyət tələb edən ixtisasları V ixtisas qrupuna daxildir.

Qaydalara əsasən, V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta (11-illik) təhsil səviyyəsini əvvəlki illərdə bitirən abituriyentlər qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Yəni burada bilik meyarı əsas rol oynamır,əsas qabiliyyət imtahanıdır. Tələbənin idmançı olması və s. daha çox rol oynayır.

Məlumata görə, bu gün İdman Akademiyasında rüşvət gücünə həll oluna bilməyəcək heç bir məsələ yoxdur. Xüsusilə hal hazırda İdman Akademiyasında keçirilən qəbul imtahanları ilə bağlı çoxsaylı narazılıqlar yaranıb.Məlumatlarda bildirilir ki, müəyyən edilmiş məbləğləri ödəmiş tələbələr hətta turnikdə bircə dəfə olsun belə çəkinmək qabiliyyətində olmasalar belə, “qabiliyyət” imtahanlarını müvəffəiyyətlə verə bilirlər.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) qəbulla bağlı qabiliyyət imtahanından keçmək üçün qiymətlər 4000-4500 intervalı arasındadır. Daxil olmuş məlumata görə “yığım prosesinə start” verilib.

Redaksiyamıza daxil olmuş digər məlumata görə ADBTİA-nın elmi katibi Bəxtiyar Rüstəmovun kabinetində “qabiliyyət imtahanları” ilə əlaqədar rüşvət yığımı davam etməkdədir.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.