İmran Xan: Türkiyə bu konfliktin nizamlanmasına qoşulmalıdır

15:37 16-07-2021 297

Türkiyə Əfqanıstan konfliktinin nizamlanmasına qoşulmalıdır.

Proqnoz.com xəbər verir ki, bunu Pakistan Baş naziri İmran Xan Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə görüşdən sonra deyib.

“Biz Əfqanıstanın qonşuları kimi bu məsələdən narahatıq. Qardaş Əfqanıstan xalqı son 40 ildir müharibələrdən əziyyət çəkir. Əfqanıstanda sülhün əldə olunması dinc siyasi nizamlanmanı zəruri edir. Biz bunu ətraflı müzakirə etdik. Hesab edirik ki, Əfqanıstanın qonşuları – Özbəkistan, Tacikistan, İran, Pakistan və hətta Türkiyə sülh prosesinə qoşulmalıdır. Biz çalışırıq ki, dövlət başçılarının sammitini təşkil edək”, – deyə o bildirib.