“Gilan”ın Qəbələdəki zavodunu məhkəməyə verdilər – Müqaviləyə əməl olunmayıb

17:04 16-07-2021 468

“Az-Pack” MMC “Gilan Qəbələ Konserv Zavodu” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com
 xəbər verir ki, məhkəmə baxışının dünən - 13.07.2021-ci il tarixində Şəki Apellyasiya
Məhkəməsində hakim Ayaz Mahmudovun sədrliyi ilə keçirildiyi bildirilir. Məhkəmə iddiasının alıq-satqı müqaviləsi üzrə mübahisələr ilə əlaqəli olduğu bildirilir.

Məlumat üçün bildirək ki, “Gilan Qəbələ Konserv Zavodu” MMC  “Jalə”, “Bağdan”, “Zolotoy Sad”, “Aycan” brendləri altında məhsullar istehsal edir. Nasir Kemal Mustafaoğlunun rəhbərlik etdiyi “Az-Pack”MMC isə şirkətləri qablaşdırma məhsulları ilə təmin edir.