Bakı Ali Neft Məktəbində Məzun Günü

19:40 16-07-2021 522

Bakı Ali Neft Məktəbində (BANM) beşinci dəfə “Məzun günü” keçirilib. 

“Məzun günü”ndə SOCAR rəhbərliyinin nümayəndələri, millət vəkilləri, Azərbaycanın tanınmış media qurumlarının rəhbərləri,  Ali Məktəbin professor-müəllim heyəti və məzunlar iştirak ediblər.

 

Öncə Azərbaycanın Dövlət Himni səslənib.

 

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxışına Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidləri yad etməklə başlayıb. Sonra Elmar Qasımov məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. Rektor bildirib ki, Ali Məktəb 10 illik yubileyinə hazırlaşır: “Bu illər Ali Məktəbimiz üçün inkişaf və tərəqqi dövrüdür. SOCAR - ın tərkibində olmağımızla qürur duyuruq. İndi bizim məzunlarımız Azərbaycanda və dünyanın müxtəlif ölkələrində istehsalat təcrübəsi keçir. İndiyədək BANM - in məzunları yüz faiz işlə təmin olunublar. Hətta xarici ölkələrdə beynəlxalq səviyyəli şirkətlərdə çalışırlar. Onlar bizim qürurumuzdur. Bir sözlə, bizim tələbələrimiz Azərbaycanın intellektual əsgərləridir ” – deyə o vurğulayıb.

 

Elmar Qasımov qeyd edib ki, BANM - in məqsədi dünyanın ən nüfuzlu universitetləri sırasına daxil olmaqdır:  “Təhsil, istehsalat və tədqiqat qızıl üçbucağına nail olarıqsa, dünyanın nüfuzlu universitetləri sırasında yer alacağıq.”  Rektor Prezident İlham Əliyevin Bakı Ali Neft Məktəbinin açılış mərasimindəki çıxışında  “ Biz neft kapitalını insan kapitalına çevirməliyik “ fikrini xatırladaraq vurğulayıb ki, BANM ailəsi buna nail olmağa çalışır. Ali Məktəbin müəllim – professor heyəti, tələbələri və məzunlarının uğurları bunu bir daha təsdiq edir ”. Rektor məzunlara müraciət edərək bildirib ki, hər biriniz təhsil almağa getdiyiniz ölkələrdə Vətənimizi, Dövlətimizi, Ali Məktəbimizi və ailənizi ləyaqətlə təmsil etməlisiniz. 

 

Bakı Ali Neft məktəbinin məzunlarının uğurlarından bəhs edən SOCAR - ın prezidenti Rövnəq Abdullayev bildirib ki, BANM artıq bir brendə çevrilib:  “Bu sizin böyük zəhmətinizin nəticəsidir. 2006 - cı ildə cənab prezident İlham Əliyev bizim qarşımızda beynəlxalq şirkətə çevrilmək tapşırığını qoydu. Lakin həmin vaxtlar bizim beynəlxalq səviyyəli mühəndislər, mütəxəssislərimiz çox az idi. Biz təqaüd proqramları həyata keçirdik və 300 - dən çox gənci xarici ölkələrə mühəndislik ixtisasları üzrə təhsil almağa göndərdik. Lakin biz bununla kifayətlənə bilməzdik. Ona görə də Prezident İlham Əliyevin sərəncamı ilə 2011 – ci ildə Bakı Ali Neft Məktəbi yaradıldı. Bununla da cənab prezidentin neft kapitalını insan kapitalına çevirmək məqsədinə nail oluruq. Artıq Azərbaycanda beynəlxalq səviyyəli, ingilis dilli mühəndislər yetişir”- deyə o qeyd edib.

 

Tələbələri ilə hər zaman qürur duyduğunu bildirən Ali Məktəbin professoru, əməkdar müəllim Fuad Vəliyev isə vurğulayıb ki, tələbələr və məzunlar BANM-də aldıqları bilik və bacarıqlar sayəsində həyatlarının yeni mərhələsində özlərini təsdiq edə biləcəklər: “Siz bu Ali Məktəbdə həm yüksək səviyyəli təhsil aldınız, həm də ali mənəvi dəyərlərə malik Azərbaycan ziyalısı kimi yetişdiniz. Dünyanın müxtəlif yerlərində oxuyacaq, işləyəcəksiniz, lakin əminəm ki, BANM və SOCAR – a vəfa borcunuzu unutmayacaqsınız. Dünyanın müxtəlif universitetlərində çalışmışam, lakin heç bir yerdə tələbəyə buradakı qədər qayğı, diqqət görməmişəm ”.  

 

Xatırladaq ki, bir neçə gün öncə Bakı Ali Neft Məktəbinin müəllimləri “Yüksəliş” müsabiqəsinin qalibi olublar. Elə Məzun Günündə onlar - Orxan Quliyev, Ziya Mürsəlzadə və Güldənə Hidayətli səhnəyə dəvət ediliblər. Rektor Elmar Qasımov qaliblərə xatirə hədiyyələri təqdim edib.

 

Sonra diplomlar məzunlara təntənəli şəkildə təqdim olunub. Rektor Elmar Qasımov vurğulayıb ki, BANM Azərbaycanda yeganə Ali Məktəbdir ki, bütün məzunlara diplomlar məhz Məzun Günündə təqdim edilir. Bu il də ənənəmizə sadiq qalmışıq.

 

Yeri gəlmişkən, bu il BANM - dən Neft - qaz mühəndisliyi üzrə 41 nəfər, Kimya mühəndisliyi üzrə 46 nəfər, Proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə 33 nəfər bakalavr, Mühəndislik ixtisasları üzrə 15 nəfər magistr, Biznesin İdarə Edilməsi (MBA) proqramı üzrə 46 nəfər Ali Məktəbi bitirib. İkili diplom proqramlarından məzun olanlardan 12 nəfər Heriot Vat Universiteti ilə birgə proqram üzrə, 19 nəfər Cenevrə Biznes Məktəbi ilə birgə proqram üzrə məzun adını qazanıblar. Builki məzunlardan 7 – si ABŞ – ın müxtəlif universitetlərində magistratura və doktoranturaya təqaüdlə, 6 – sı isə DAAD təqaüd proqramı ilə Almaniyanın müxtəlif ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar. 

 

Bu il BANM-nin bakalavr və magistr məzunu 38 nəfər ABŞ, Kanada, İsveç, İtaliya, Niderland, Belçika, Macarıstan, Böyük Britaniya, Çexiya, Almaniya , Estoniya və Litvanın müxtəlif universitetlərinə daxil olublar. Eyni zamanda 2021-ci il DİM tərəfindən magistraturaya qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticə göstərən 4 nəfər BANM –nin məzunlarıdır. 2021 - ci ildə DİM tərəfindən doktoranturaya qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticə göstərən İsmayıl Əkbərov da BANM - in məzunudur.

 

2021-ci ildə BANM-in Kimya mühəndisliyi ixtisası üzrə məzunu Səfər Usubov, Neft-qaz  mühəndisliyi ixtisası üzrə məzunu Aytac İsgəndərova, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə məzunu Səkinə Nağızadə öz ixtisaslarının birincisi olublar. Magistratura pilləsi üzrə isə Tünzalə İmanova birinciliyi qazanıb. Onlar fəxri plaketlə təltif olunublar. Diplom və plaketləri  rektor Elmar Qasımov  təqdim edib.

 

 

Daha sonra 2021 - ci il məzun buraxılışı üzrə Ali Məktəbin birincisi olan Səfər Usubov adını rəmzi kötüyə həkk edib.

 

Nümunəvi tələbə çıxış edərək hər kəsə uğurlar arzulayıb və müəllimlərinə minnətdarlıq bildirərək qeyd edib ki, xarici ölkədə təhsilini başa vurduqdan sonra Vətənə dönüb yüksək ixtisaslı kadr kimi çalışacaq: “Bu gün burada çıxış etmək mənim üçün şərəfdir. BANM tələbəsi olaraq məşhur xarici şirkətlərdə istehsalat təcrübəsi keçmişəm. ABŞ - ın 12 ali məktəbinə daxil olmuşam. Bizə yaratdığı şəraitə görə rektor Elmar Qasımova təşəkkür edirik. Məqsədim peşəkar kadr kimi Vətənə dönüb SOCAR- da Heydər Əliyev adına Neft Emalı Zavodunda işləməkdir. Biz Ali Baş Komandanın intellektual əsgərləriyik!”

 

Sonra Vətən müharibəsində Azərbaycanın tarixi zəfərinə həsr olunan BANM - in “Məzun Günü” bədii hisə ilə davam edib.

 

İkinci Qarabağ müharibəsində şəhid olmuş baş leytenant Rövşən Nurzadənin atası, xalq artisti Əli Nur vətənpərvərlik mövzusunda şeirlə gənclərə səslənib. Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestrinin ifasında vətənpərvərlik mövzusunda mahnılar qonaqlarda yüksək əhval - ruhiyyə yaradıb.

 

“Məzun günü”nün sonunda mantiya geyinmiş məzunların ənənəvi “papaqatma” mərasimi olub.

 

 

Baku Higher Oil School hosts Graduate Day

 

  Baku Higher Oil School (BHOS) has hosted the fifth in succession Graduate Day.

The event was attended by leading personnel of SOCAR, parliament members, heads of well-known Azerbaijani media, the teaching staff of the university and graduates.

First, the State Anthem of the Republic of Azerbaijan was played.

 

Opening the event with a keynote speech, Rector of Baku Higher Oil School Elmar Gasimov announced a minute of silence in memory of the shahids who gave their lives for the territorial integrity of Azerbaijan.

 

Then Elmar Gasimov congratulated the graduates and wished them success in their future life. The rector said that the university is preparing to celebrate its 10th anniversary.

 

“We are proud to be part of SOCAR. Today, our graduates are doing internships in Azerbaijan and around the world. Since the opening of BHOS until now, all graduates of our university, without exception, have been provided with work. They even work for international companies abroad. We are proud of them. In short, our students are the intellectual soldiers of Azerbaijan,” the rector said.

 

Elmar Gasimov noted that the goal of BHOS is to become one of the most prestigious universities in the world.

 

"If we reach the golden triangle of education, production and research, we will become one of the most prestigious universities in the world."

 

The rector stressed that the BHOS family is working hard to implement the idea of “Turning oil capital into human capital”, which was proclaimed by President Ilham Aliyev during his speech at the opening ceremony of Baku Higher Oil School.

 

"The successes achieved by teachers, students and graduates of the university are clear evidence of the realization of this idea."

 

Addressing the graduates, the rector said that each of them should honorably represent their country, government, university and family in the countries where they will go to study.

 

Speaking about the successes of BHOS graduates, President of SOCAR Rovnag Abdullayev said that the university has already become a brand.

 “This is the result of your hard work. In 2006, Mr. President Ilham Aliyev set before us the task of becoming an international company. But then we had very few engineers and specialists of international level. We implemented scholarship programs and sent over 300 young people abroad to study engineering. But we could not be satisfied with this. Therefore, in 2011, Baku Higher Oil School was established by order of President Ilham Aliyev. Thus, we are achieving the goal of Mr. President - to turn oil capital into human capital. Azerbaijan is already training English-speaking engineers of international level,” Rovnag Abdullayev said.

 

In his speech, BHOS Professor, Honored Teacher Fuad Veliyev emphasized that he has always been proud of the students of the university.

 

“Students and graduates will be able to prove themselves at the new stage of their life thanks to the knowledge and skills acquired at BHOS. At this university, you have received a good education and become Azerbaijani intellectuals with high moral values. You will study and work in different parts of the world, but I am sure that you will forever remain loyal to BHOS and SOCAR for this. I have worked in various universities around the world, but nowhere have I seen so much care and attention shown to the student,” Fuad Veliyev added.

 

Recall that a few days ago, BHOS teachers won the “Yüksəliş” competition. During the event, the winners of the competition - Orkhan GuliyevZiya Mursalzade and Guldana Hidayatli - were invited to the stage, where Rector Elmar Gasimov presented them with gifts.

 

Then the graduates were solemnly awarded with diplomas.

The rector stressed that BHOS is the only higher educational institution in Azerbaijan where diplomas are awarded to all graduates on Graduate Day.

"This year we have remained true to our tradition."

 

Note that this year 41 BHOS students graduated from bachelor degree program in Petroleum Engineering, 46 - Chemical Engineering, 33 - Process Automation Engineering. 15 BHOS students graduated from master degree programs in engineering specialties, and 46 students - the MBA program.  

 

12 graduates of the dual diploma program have completed a joint program with the Heriot-Watt University, and 19 graduates have completed a joint program with the Geneva Business School. 7 graduates of this year were awarded master"s and doctoral program scholarships  by various US universities, and 6 graduates were admitted to various universities in Germany within the DAAD scholarship program.

This year, 38 bachelor and master degree graduates of BHOS have entered various universities in the USA, Canada, Sweden, Italy, the Netherlands, Belgium, Hungary, Great Britain, Czech Republic, Germany, Estonia and Lithuania.

In addition, the four students who scored the highest number of points in the country in the master program enrollment exams conducted by the State Examination Center for 2021, are BHOS graduates. Ismail Akbarov, who scored the highest number of points in the country in the doctoral program enrollment exams conducted by the State Examination Center for 2021, is also a BHOS graduate.

 

In 2021, a graduate of the Chemical Engineering Department Safar Usubov, a graduate of the Petroleum Engineering Department Aytaj Iskenderova, a graduate of the Process Automation Engineering Department Sakina Nagizade became the first in their specialties. Tunzala Imanova became the first among master degree graduates.

Elmar Gasimov presented them with diplomas and plaques.

 

Then Safar Usubov, who became the first among the BHOS graduates of 2021, engraved his name on the symbolic tree stump.

 

Speaking at the event, the exemplary student wished everyone success and thanked the teachers. He noted that after completing his studies abroad, he will return to his homeland and will work as a highly qualified specialist.

 

“It is a great honor for me to speak here today. As a BHOS student, I did internships at well-known foreign companies. I have entered 12 US universities. We thank the rector Elmar Gasimov for the conditions created for us. My goal is to return home as a highly professional specialist and work for SOCAR at the Heydar Aliyev Refinery. We are the intellectual soldiers of the Supreme Commander-in-Chief! "

 

The Graduate Day continued with an artistic part dedicated to the historical victory of Azerbaijan in the Patriotic War.

 

People"s Artist Ali Nur, father of Senior Lieutenant Rovshan Nurzade, who died during the Second Karabakh War, read a poem on the theme of patriotism.

Songs on patriotism performed by the Exemplary Orchestra of the State Border Service gave the guests a good mood.

 

At the end of the event, the robed graduates performed the traditional ritual of throwing their hats up.

 

 

 

В Бакинской высшей школе нефти прошел «День выпускника»

 

В Бакинской высшей школе нефти (БВШН) прошел пятый по счету «День выпускника».

В мероприятии приняли участие представители руководства SOCAR, депутаты парламента, руководители известных азербайджанских СМИ, профессорско-преподавательский состав вуза и выпускники. 

Сначала прозвучал Государственный гимн Азербайджанской Республики.

Открывая мероприятие вступительным словом, ректор Бакинской высшей школы нефти Эльмар Гасымов объявил минуту молчания в память о шехидах, отдавших свои жизни за территориальную целостность Азербайджана.

Затем Э. Гасымов поздравил выпускников и пожелал им успехов в дальнейшей жизни. Ректор сказал, что вуз готовится отметить свой 10-летний юбилей.

«Мы гордимся тем, что являемся частью SOCAR. Сейчас наши выпускники проходят производственную практику в Азербайджане и по всему миру. С момента открытия БВШН и до сих пор все без исключения выпускники нашего вуза были обеспечены работой. Они даже работают в международных компаниях за рубежом. Мы гордимся ими. Одним словом, наши студенты - интеллектуальные солдаты Азербайджана», - подчеркнул ректор.

Эльмар Гасымов отметил, что цель БВШН - стать одним из самых престижных университетов мира.

 «Если мы достигнем золотого треугольника образования, производства и исследований, мы войдем в число самых престижных университетов мира».

Э. Гасымов подчеркнул, что семья БВШН упорно работает, чтобы воплотить в жизнь идею «превращения нефтяного капитала в человеческий капитал», которая была провозглашена Президентом Ильхамом Алиевым во время его выступления на церемонии открытия Бакинской высшей школы нефти.   

 «Успехи, достигнутые учителями, студентами и выпускниками университета являются наглядным доказательством реализации этой идеи».

Обращаясь к выпускникам, ректор сказал, что каждый из них должен достойно представлять свою страну, государство, вуз и семью в странах, куда они поедут учиться.

Говоря об успехах выпускников Бакинской высшей школы нефти, президент SOCAR Ровнаг Абдуллаев сказал, что БВШН уже стал брендом.

«Это результат вашего упорного труда. В 2006 году господин Президент Ильхам Алиев поставил перед нами задачу стать международной компанией. Но тогда у нас было очень мало инженеров и специалистов международного уровня. Мы реализовали стипендиальные программы и отправили более 300 молодых людей за границу обучаться инженерному делу. Но мы не могли удовлетвориться этим. Поэтому в 2011 году распоряжением Президента Ильхама Алиева была создана Бакинская высшая школа нефти. Таким образом, мы достигаем цели господина Президента - превратить нефтяной капитал в человеческий капитал. В Азербайджане уже готовят англоязычных инженеров международного уровня», - сказал Р. Абдуллаев.

В своем выступлении, профессор БВШН, заслуженный учитель Фуад Велиев подчеркнул, что он всегда гордился студентами вуза.

«Студенты и выпускники смогут проявить себя на новом этапе своей жизни благодаря знаниям и навыкам, полученным в БВШН. В этом университете вы получили хорошее образование и стали азербайджанскими интеллектуалами с высокими моральными ценностями. Вы будете учиться и работать в разных уголках мира, но я уверен, что вы навсегда останетесь преданными БВШН и SOCAR за это. Я работал в разных университетах по всему миру, но нигде не видел, чтобы к студенту проявляли столько заботы и внимания», - отметил Ф. Велиев.

Напомним, что несколько дней назад преподаватели Бакинской высшей школы нефти одержали победу в конкурсе “Yüksəliş”. Во время мероприятия победители конкурса - Орхан Гулиев, Зия Мурсалзаде и Гюльдана Хидаятли - были приглашены на сцену, где ректор Эльмар Гасымов вручил им памятные подарки.

Затем выпускникам торжественно вручили дипломы.

Ректор подчеркнул, что БВШН - единственный вуз в Азербайджане, где в «День выпускника» всем выпускникам вручаются дипломы.

«В этом году мы остались верны своей традиции».

Отметим, что в этом году 41 студент окончил бакалавриат БВШН по специальности «Нефтегазовая инженерия», 46 – «Химическая инженерия», 33 – «Инженерия по автоматизации процессов».  15 студентов окончили магистратуры по инженерным специальностям, а 46 студентов – Программу MBA (Бизнес-администрирование). 12 выпускников программы двойного диплома окончили совместную программу с Университетом Хериот-Ватт, а 19 выпускников - совместную программу с Женевской школой бизнеса. 7 выпускников этого года поступили в магистратуры и докторантуры различных университетов США для обучения на бесплатной основе, а 6 – в различные университеты Германии по стипендиальной программе DAAD.

           В этом году 38 выпускников бакалавриата и магистратуры БВШН поступили в различные университеты США, Канады, Швеции, Италии, Нидерландов, Бельгии, Венгрии, Великобритании, Чехии, Германии, Эстонии и Литвы. Кроме того, четыре студента, показавшие самые высокие результаты в стране на вступительных экзаменах в магистратуру на 2021 год, проведённых Государственным экзаменационным центром, являются выпускниками БВШН. Исмаил Акбаров, набравший самые высокие баллы в стране на вступительных экзаменах в докторантур на 2021 год, проведённых Государственным экзаменационным центром, также является выпускником БВШН.

В 2021 году выпускник кафедры химической инженерии Сафар Усубов, выпускница кафедры нефтегазовой инженерии Айтадж Искендерова, выпускница кафедры инженерии по автоматизации процессов Сакина Нагизаде стали первыми в своей специальности. Среди выпускников магистратуры первой стала Тунзала Иманова. 

Э. Гасымов вручил им дипломы и плакетки.

Затем Сафар Усубов, ставший первым среди выпускников БВШН 2021 года,  выгравировал свое имя на символическом пне.

Выступая на мероприятии, образцовый студент пожелал всем успехов и поблагодарили учителей. Он отметил, что после завершения обучения за границей он вернется на родину и будет работать как высококвалифицированный специалист.            

«Для меня большая честь выступать здесь сегодня. Будучи студентом БВШН, я проходил стажировку в известных иностранных компаниях. Я поступил в 12 университетов США. Мы благодарим ректора Эльмара Гасымова за созданные для нас условия. Моя цель - вернуться домой высокопрофессиональным специалистом и работать в SOCAR на НПЗ Гейдара Алиева. Мы - интеллектуальные солдаты Верховного Главнокомандующего!», сказал он.

           «День выпускника» продолжился  художественной частью,  посвященной исторической победе Азербайджана в Отечественной войне. 

Народный артист Али Нур, отец старшего лейтенанта Ровшана Нурзаде, погибшего во время Второй карабахской войны, прочитал стихотворение на тему патриотизма. Песни о патриотизме в исполнении образцового оркестра Госпогранслужбы подарили гостям хорошее настроение.

В конце мероприятия облаченные в мантии выпускники исполнили традиционный ритуал кидания вверх шапочек.