Deputat Ülvi Quliyev qaziyə iylənmiş ət göndərib – VİDEO

14:57 19-07-2021 297

Milli Məclisin deputatı Ülvi Quliyev Qarabağ qazisi Namir Həsənliyə iylənmiş ət göndərib.

MillətinSəsi.info-nun xəbərinə görə, bu barədə Namir Həsənli özü məlumat yayıb.

“Bu günə qədər müharibədə yaralanmağım, ağrılarım barədə heç bir yerdə söz açmamışam. Yaxın olan adamlar çox yaxşı bilir. Heç bir qurumdan, idarədən, hətta ən yaxın dövlət qurumu olan icra hakimiyyətindən bir şey istəməmişəm.

Dəfələrlə zəng etsələr də, gəlmək istəsələr də, təşəkkür edib, həmişə yayınmağa çalışmışam. Öz hesabıma ev şəraitində müalicəmi alıram. İnanıram ki, “YAŞAT” Fonduna və digər qurumlara, hətta rayon icra hakimiyyətinə müraciət etsəm, müalicəmi üzərlərinə götürərlər.

Bu gün "JEK”dən zəng etdilər ki,  deputat (Ülvi Quliyev-red) adiyyatı üzrə şəxslərə qurban payı göndərib. Mümkündürsə, gəlin. Getdim götürdüm. Evə gəlib baxıram ki, ət kiflənmiş, iylənmiş vəziyyətdədir. Yaşadığım ünvanda, Yasamal rayonunda onlarla şəhid, qazi ailəsi var. Şəhid ailəsinə və yaxud digər bir ailəyə belə əti layiq görmək nəyə sığır? Heç nə, canları sağolsun. Vətən sağolsun” – Namir Həsənli bildirib.

Deputatın köməkçisi isə bildirilib ki, Ülvi Quliyevin belə bir addım atması inandırıcı deyil.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.