“Bravo”dan üzərində “Ararat” yazılmış çantalar satılır?

15:30 16-07-2021 54

Paytaxtın 20 Yanvar ərazisində yerləşən “Bravo” supermarketdə satılan hərbi çanta ermənistan ordusunun istifadə etdiyi rəngdədir və üzərində “Ararat” (ermənilər Ağrıdağına “Ararat” deyirlər – red.) sözü yazılıb.

MillətinSəsi.info
 xəbər verir ki, belə bir iddianı Fariz Həsənli adlı sosial şəbəkə istifadəçisi səsləndirib.
Fariz Həsənli sosial şəbəkə hesabında paylaşdığı fotonu və yazdığı sözləri olduğu kimi təqdim edirik:

“Bravo 20 Yanvar. Erməni hərbi kamuflyajı. Ararat sport. Ağrı dağı loqosu. Bilərək ediblərsə deyəcək söz yoxdur. Bilməyərək ediblərsə ölkə reallığı, gündəmi və həssaslığından nə qədər uzaq olduqlarının sübutudur. Üçüncü, daha optimist variant axtarıram. Siz nə düşünürsüz?”

“Bravo Supermarket Azərbaycan” özünün Facebook səhifəsində üzərində “Ararat” yazılmış çantaların satılması məsələsi ilə bağlı paylaşım edib.
MillətinSəsi.info
 xəbər verir ki, sözügedən məhsul mağazadan götürülüb:
“Sosial mediada yayılmış, “Bravo”da satışda olmuş "Mountain Sport" çantaları ilə bağlı paylaşımlara aydınlıq gətirmək istəyirik. Bu çantalar Çində istehsal olunmuş məhsullardır və yerli təchizatçı tərəfindən “Bravo” və digər satış nöqtələrinə tədarük olunub. Məsələnin həssaslığı nəzərə alınaraq məhsul satışdan qaldırılıb və təchizatçıya iadə olunub. Anlayışınız üçün təşəkkür edirik”.