Milyon dollardan çox pulu mənimsəməkdə təqsirləndirilən Elvinin atasından AÇIQLAMA

11:56 27-08-2021 414

Avqustun 21-də Xətai Rayon Məhkəməsində Azərbaycan Respublikasının vətəndaşı olan iş adamıyla iş birliyi quraraq, ona qarşı 1.600 000 (bir milyon altı yüz min) ABŞ dolları məbləğində, xüsusilə, külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirməsində ittiham olunan Elvin Həşimli barəsində prokurur tərəfindən həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilsə də, lakin hakim Bəxtiyar Məmmədovun qərarıyla təqsirləndirilən şəxslə bağlı həbs qətiimkan tədbiri seçilməyib.

E.Həşimlinin atası, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimov qeyd olunan məsələ ilə bağlı “vetenxeber.com”a açıqlama verib. O, hazırda heç bir sübutun olmadığını və məsələnin araşdırıldığını söyləyib:

“Bununla bağlı vəkilimiz açıqlama verəcək. Heç bir sübut yoxdur. Bu dəqiqə biz özümüz də bunu araşdırırıq ki, bu, nə məsələdir? Araşdırıb, sizə açıqlama verəcəyik. Sübut, şahid heç nə yoxdur deyə, bu dəqiqə heç nə deyə bilmirik. İşin içinə girək, biz özümüz, nə isə bilək, bundan sonra sizə də bir şey deyərik.

Bu hələ məhkəmə prosesi deyil. Məhkəmə işi araşdırmır, məhkəmə təqsirləndirilən şəxsə hökmün normasını seçməlidir ki, bu içəri də, yoxsa çöldə  olmalıdır. Məhkəmə də qaytardı ki, qardaş, sənin sübutun, şahidin, rəsmi kağızın yoxdur. Mən bu işin sonunadək gedəcəyəm, sonda da sizə məlumat verəcəyəm.

Hələ araşdırma getməyib ki, bunun da məhəkəməsi olsun. İş araşdırılacaq, sonu da gedib məhkəməyə çıxacaq. İş hazırda prokurorluqdadır. Sübut yoxdur, sübut olunmur. Ya işə xitam, ya da işi araşdırılıb məhkəməyə veriləcək. Araşdırmaqdan asılıdır, mən bilmirəm... Mən bu dəqiqəqə sizə yalan nə deyim?”

“Niyə məhz sizin oğlunuz ittiham olunur?” sualına E.Həşimov qısa cavab verib: “Mən rəsmi olaraq bunun sonuna qədər gedəcəyəm. Narahat olmayın, səs-sorağı çıxacaq.”

Elçin Həşimov mətbuatda millət vəkili Elman Məmmədov ilə qohumluq əlaqəsinin olmasıyla bağlı yayılan məlumatlara da aydınlıq gətirib: “Elman müəllimi nə tanıyırıam, nə də qohumluq əlaqəm var. Nə o məni, nə də mən onu tanıyıram. Mən onu yalnız deputat kimi tanıyıram. Bu insanla üzbəüz görüşməmişəm.”

Qeyd edək ki, Elvin Elçin oğlu Həşimli Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində çalışıb.