"Bayden Əfqanıstan planını pozdu" -Tramp

12:08 27-08-2021 288
ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, ölkənin hazırkı rəhbəri Co Bayden əvvəlki administrasiyanın Əfqanıstandan qoşunların çıxarılması planını pozub.
 Bu barədə Tramp “Fox News”a müsahibəsində bildirib.

"Bayden adminstrasiyası həbçiləri çıxardığını söylədi. Lakin onlar mülkiləri çıxarmadılar. Əvvəlcə mülki vətəndaşları, hərbi əmlakı çıxarın", - Tramp deyib.

Onun sözlərinə görə, Bayden ilk olaraq ordunu geri çəkməklə planı alt -üst edib.

“Bu, ölkə üçün çox kədərli gün və böyük utancdır. Utancdan başqa, ölkə üçün çox təhlükəli bir gündür", - sabiq prezident əlavə edib.

Trampa görə, onun nəzarəti altında qüvvələrin təhlükəsiz şəkildə çıxarılması təmin ediləcəkdi:

"Təhlükəsiz və ləyaqətlə gedə bilərik. Bütün Amerika vətəndaşlarını və bizə kömək edənləri götürə bilərdik".

Cümə axşamı, Kabil limanı yaxınlığında iki terror aktı baş verib. Son məlumatlara görə, hücumda 13-ü Amerika əsgəri olmaqla 103 nəfər həyatını itirib. Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatı hadisəni qətiyyətlə pisləyib və günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.

Prezident Bayden təxliyə əməliyyatının vaxtında - 31 avqusta qədər tamamlanacağını bəyan edib.