İsrail minaaxtaran dronların sınaqlarına başlayıb

13:29 27-08-2021 621
 BUDROOO NEWS-ə istinadən xəbər verir ki, İsrai Azərbaycanın uzun müddət erməni işğalı altında qalan Qarabağ torpaqlarını minalardan təmizləmək üçün minaaxtaran dronlar istehsal edir. Məlumatda həmçinin həmin dronlarin texniki imkanlarından danışılır və qeyd olunur ki, bu dronlar minaların basdırıldığı yerləri özləri müəyyən etmək imkanlarına malikdirlər. Məlumlur ki, bütün cəhdlərə baxmayaraq, ermənilər minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edirlər. Bu baxımdan minaların yerini özü müəyyən edən dronlara çox böyük ehtiyacımız var. İsrailli dostlarımızın hazırladıqları dronlar həm minaların yerini müəyyən edir, həm də onu zərərsizləşdirir. Ekspertlər hesab edirlər ki, minalanmış Qarabağ torpaqlarının minalardan bu kimi müasir texnologiyalar vasitəsi ilə təmizlənməsinin, həm təhlükəsizlik, həm də əhalinin bu yerlərdə daha tez məskunlaşması baxımından çox böyük müsbət nəticələri ola bilər. Bu məsələyə münasibət bildirən tanınmış politoloq Əli Orucov da qeyd etdi ki, bizim İsraillə böyük hərbi, iqtisali əməkdaşlığımız var, bütün qarşılıqlı münasibətlər bu əməkdaşlıq münasibətlər çərçivəsində qurulur. Məlumatda o da xüsusi vurğulanır ki, dronlar son sınaq mərhələsindədir və Azərbaycan yaxın zamanlarda öz torpaqlarını minalardan təmizləmək üçün həmin dronlardan istifadə edə biləcək.

Yusif Seyid